Zidan: "Çoxlu zədəlimiz var"

Zidan: "Çoxlu zədəlimiz var"
DÜNYA FUTBOLU 21 Fevral 2021 / 14:42 1614
-  A +

“Real”ın baş məşqçisi Zinəddin Zidan komandada zədəlilərlə bağlı durumdan danışıb.

Qol.az “Marca”ya istinadən xəbər verir ki, fransalı mütəxəssis hazırda “Real”da çoxlu zədəli oyunçu olduğunu söyləyib: “Ümid etmək istərdim ki, onlar tezliklə sağalacaq. Amma bunun gələn həftə olub-olmayacağını bilmirəm. Hazırda oynayan futbolçular işlərinə və kluba sadiqdirlər. Biz onlarla oynamalıyıq. Bu, çətindir, amma davam etməliyik”.

Xatırladaq ki, dünən La Liqanın 24-cü turunun “Valyadolid”a qarşı görüşündə “Real” qələbə qazanıb (1:0). Bu oyunda Eden Azar, Kərim Benzema, Eder Militao, Serxio Ramos, Dani Karvahal, Marselo, Rodriqo, Alvaro Odriosola və Federiko Valverde iştirak etməyib.


Son xəbərlər
10.01.26  13:12

2 ay Mbappe, 2 ay Yamal