“Liverpul” İngiltərə Premyer Liqasında uğursuz çıxışı davam etdirir.
Qol.az xəbər verir ki, Yurgen Kloppun komandası dünən 24-cü turda doğma meydanı “Enfild”də “Everton”a da uduzub (0:2). Bu, mersaidlilərin yerli çempionatda ardıcıl 4-cü məğlubiyyət olub. Komanda son dəfə yanvarın 31-də səfərdə “Vest Hem”ə qalib gəlib (3:1).
Bundan başqa, “Liverpul” ardıcıl dörd ev oyununda da uduzur. Belə uzun antirekordla “qırmızılar” son dəfə təxminən bir əsr əvvəl (1923-cü ildə) üzləşiblər.
Hazırda onlar 40 xalla 6-cı yeri tutur və lider “Mançester Siti”dən 16 xal geri qalır.
Baş məşqçi Yurgen Klopp “Everton”la oyundan sonra jurnalistlərə bildirib ki, önəmli məqamlarda ya səhv edirlər, ya da qəribə nələrsə olur: “Bizim hər səhvdən sonra rəqiblər demək olar ki, 100 faiz qol vurublar. Bu gecə oyunun yaxşı tərəflərindən danışmaq istəmirəm. Çünki uduzmuşuq. Pis oynamaqla durumu düzəldə bilmərik. Özümüzü toparlamalıyıq. Bu durumun son üç illə heç bir əlaqəsi yoxdur. Uşaqlar hələ də istəklidirlər. Ancaq matçların nəticəsini xeyrimizə dəyişməyimiz üçün hücum və müdafiə zamanı qərarlı olmalıyıq. Bizim çatışmazlığımız budur”.
“Everton” məğlubiyyətindən sonra “Liverpul” dördlüyə düşməmək və Çempionlar Liqasına getməmək təhlükəsi ilə üzləşib. Eksperlərə görə, mövsümün əvvəlindən çoxsaylı zədələr komandada sabitliyi pozub və nəticələrə birbaşa zərbə olub. Son olaraq Cordan Hendersonun zədələnməsi də Kloppu çətin vəziyyətə qoyub.
Əlavə edək ki, Premyer Liqadan fərqli olaraq, “Liverpul”un Çempionlar Liqasındakı çıxışını normal qiymətləndirmək olar. Komanda son olaraq, “Leyptsiq”ə səfərdə qalib gələrək (2:0) 1/4 finala çıxmaq üçün yaxşı imkan qazanıb.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi