"Qarabağ"ın ispaniyalı yarımmüdafiəçisi Xayme Romeronun Qol.az saytına müsahibəsi
-2019-cu ildən Azərbaycandasınız. Burada özünüzü necə hiss edirsiniz? Ölkəmizə tam adaptasiya ola bilmisinizmi?
-Tam uyğunlaşdığımı deyə bilərəm. İnsanlar burada mənə yaxşı münasibət göstərirlər. Ona görə özümü çox rahat hiss edirəm. Hər şey ürəyimcədir. Düzdür, müəyyən bir dönəm həqiqətən çox çətin keçdi. Xüsusilə müharibə və koronavirusla bağlı qapanma dönəmi mənim üçün ağır oldu.
- Azərbaycana ilk gündən bəyəndiyiniz və bəyənmədiyiniz nə olub?
- Bəyənmədiyim bir şey ağlıma gəlmir. Bundan əvvəl də qeyd etdiyim kimi ilk gündən burada özümü çox rahat hiss edirəm. Hər şey ürəyimcədir.
-Bizim mətbəxə münasibətiniz necədir? İspaniyadakı dostlarınıza hansı yeməklərimizi məsləhət görərdiniz?
-Yerli mətbəx məsələsində çox danışa bilməyəcəm. Adətən daha çox tanıdığım yeməklərə üstünlük verirəm.
- Bakıda yaşayış şəraitiniz necədir? Burada özünüz, yoxsa ailənizlə qalırsınız?
- Ümumiyyətlə Bakıda çox sakit və rahat həyat tərzim var. Qardaşımla ailəmiz yanımızda olmadığı üçün təbii ki darıxırdıq. Çünki hər zaman ailəmizlə yaşamağa alışmışıq. Sonradan elə oldu ki, koronavirusla bağlı qadağa oldu. Qardaşım da İspaniyaya qayıtdı. Hazırda burada tək yaşayıram.
- Əcnəbi qohumlarınız, dostlarınızın Azərbaycan barədə fikirləri necədir? “Qarabağ”ın oyunlarını izləyirlərmi?
- Qardaşımla bura təzə gələndə ölkənin tarixi və mədəniyyəti haqqında məlumatsız idik. Zaman keçdikcə Bakı şəhəri haqqında daha çox məlumatımız oldu. Təbii ki, həm dostlarımıza, həm qohumlarımıza yeri gələndə məlumat veririk. Onların da Azərbaycan haqqında təsəvvürləri müsbətdir. Çünki biz onlara bu barədə xoş sözlər danışmışıq. Müntəzəm olaraq həm qohumlar, həm tanışlar sərhədlər bağlanmayana qədər bizə baş çəkmək üçün Azərbaycana gəlirdilər. "Qarabağ"ın oyunlarını təbii ki izləyirlər. Düzdür, yerli çempionatın oyunlarına bəzən vaxt fərqinə görə çox zaman baxmaq alınmır. Amma "Qarabağ"ın avrokubokdakı oyunlarını həm ailəm, həm dostlarım bir yerdə izləyirlər.
- Bir müddət əvvəl siz "Qarabağ" komandası ilə birgə 27 il sonra işğaldan azad olunan Ağdam şəhərinə səfər etdiniz. Bir əcnəbi olaraq sizə ermənilər tərəfindən talan edilib, dağıdılan şəhər necə təsir bağışladı? Elə bir mənzərə ilə qarşılaşacağını düşünürdünüzmü?
-Ağdama gedib, şəhərin dağıdılmış vəziyyətini görmək insanda məyusluq yaşadır. Demək olar ki, şəhərdən əsər-əlamət qalmayıb. Həmişə Ağdam adını eşidirdik, gedib oranı görmək bizim üçün yaxşı təcrübə oldu.
- Ötən tur "Neftçi" ilə qarşılaşdınız və 1:2 hesabı ilə məğlub oldunuz. Hazırda “Neftçi” liderdir. Komandanızın son turda “Neftçi” ilə qarşılaşacağını nəzərə alsaq, belə proqnoz vermək olarmı ki, elə çempion da məhz həmin oyunda müəyyənləşəcək?
- Düzü, çempionluğun məhz son turda "Neftçi" ilə oyunda müəyyənləşəcəyinə o qədər də inanmıram. Çünki çempionatın bitməsinə hələ çox oyun var. Əksər komandalar xal itkisinə məruz qalacaqlar.
- Baş məşqçiniz Qurban Qurbanov "Neftçi" ilə matça görə komandadan narazılığı olduğunu bildirdi. Siz derbidə məğlubiyyətin səbəbini nədə görürsünüz? Komandada nə çatışmırdı?
- Hər oyunun öz ssenarisi olur. Bu dəfə alınmadı qalib gəlmək. Halbuki bunun üçün imkanlarımız var idi. Gözlənilməz qırmızı vərəqə, təyin olunan penalti, ondan əvvəl erkən qol bizi çətin vəziyyətdə qoydu. Oyunu qazanmalı idik. Buna görə məşqçimiz bizdən narazı olmaqda haqlıdır.
- Komanda yoldaşınız Abdullah Zubir klubla müqaviləsini yeniləyib. Siz necə düşünürsüz, "Qarabağ"da çox qalmaq istəyərsiniz, yoxsa fikrinizdə hansısa yeni klub var? Gələcək karyeranızı necə görürsünüz?
- Komandada hər şey könlümcədir. Müqaviləmin bitməsinə hələ var. O zamana qədər vəziyyətin necə olacağını bilmirəm. İndidən bu barədə danışmaq istəmirəm.
Mina MUSAYEVA
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi
Almaniyanın geridönüşü - Video
15 seyv etdi, matçın ən yaxşı oyunçusu seçildi
"İkinci Zubir olmaq istəyirəm" - Jali Muaddib
Almaniyadan möhtəşəm geridönüş
La Liqaya vəsiqə qazanan son komanda da bilindi
Niderland İsveçi bu qollarla darmadağın etdi - Video
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"