Boaşın yerinə onu gətirdilər

Boaşın yerinə onu gətirdilər
DÜNYA FUTBOLU 17 Fevral 2021 / 17:54 2138
-  A +

Fransa Liqa 1 təmsilçisi “Marsel”in yeni baş məşqçisi müəyyənləşib.

Qol.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Komandanı bundan sonra Xorxe Sampaoli çalışdıracaq. Onunla 2023-cü ilə qədər müqavilə imzalanacağı bildirilib.

Qeyd edək ki, 60 yaşlı argentinalı mütəxəssis bu vəzifədədə portuqaliyalı Andre Vilas Boaşı əvəzləyəcək.

Xatırladaq ki, X.Sampaoli 2017-18-ci illərdə Argentina millisini çalışdırıb.


Son xəbərlər