“Zirə”nin yarımmüdafiəçisi İlkin Muradovun Qol.az saytına müsahibəsi
- Premyer Liqada “Sabah”la son oyununuz olduqca gərgin keçdi. Əvvəlcə bu görüşlə bağlı fikirləriniz bilmək istərdik.
- Doğrudan da oyun gərgin keçdi. İki dəfə hesabda geri düşdük. Amma çalışdıq, hesabı bərabərləşdirə bildik. Əsas odur ki, əziyyətimiz yerdə qalmadı. Düzdür, qalib gəlmək üçün çox çalışdıq, amma heç-heçə də pis deyil. Bir xal da bizim üçün önəmlidir.
- “Neftçi” ilə iki ağır oyundan sonra “Sabah”la qarşılaşdınız. Komandada yorğunluq var idi?
- Düzdür, ağır oyunlarımız olmuşdu. Amma öz adıma deyə bilərəm ki, yorğunluq yox idi. Hər halda buna hazır olmalıyıq. Bunları təbii qarşılamalıyıq. Artıq sıx qrafikə giririk. Səhv etmirəmsə, bir ayda 5 oyunumuz olacaq. Çalışırıq ki, hər oyuna elə çıxaq ki, yorğunluq olmasın.
- Mübahisəli penalti epizodu ilə bağlı fikrin nədir?
- Şəxsi fikrim odur ki, təmiz penalti idi. Sonra təkrarına da baxdıq, Rəqib qapısına 100 faiz penalti təyin edilməli idi. Ancaq hakim başqa cür qərar verdi.
- Bu mövsüm “Zirə”nin oyunlarının əksəriyyəti bol qollu olur. Dəfələrlə 2:2, 2:3, 3:2 hesabının şahidi olmuşuq.
- Biz hər oyuna qələbə üçün çıxırıq. Hər halda çox istəkli olmağımıza görədir. İstəyimiz dəhşətli dərəcədə çoxdur. Hesab bizdən asılı deyil.
- Xeyli müddətdir “Zirə”də çıxış edirsən və bir neçə məşqçi ilə çalışmısan. Rəşad Sadıqovla işləmək necədir?
- Mən U-21 millimizdə də Rəşad Sadıqovun rəhbərliyi altında oynamışam. Onunla işləmək çox xoşdur. Hər bir futbolçu istəyər ki, belə məşqçisi olsun. Hər bir məşqçinin öz üslubu var. Bizim hocanın üslubunu hər halda siz də görürsünüz.
- Rəşad Sadıqovla işləməyin rahat və çətin tərəfləri nədir?
- Heç bir çətin tərəfi yoxdur. Bütün məşqçilər kimi tələbkardır. Nə lazımdırsa deyir, biz də canla-başla yerinə yetiririk. Hocamızla işləmək çox rahatdır.
- Rəşad Sadıqovun tez-tez oyun sistemini dəyişdirdiyini görürük. Buna uyğunlaşa bilirsiniz?
- Bəli, düzgün qeyd etdiniz. Baş məşqçimiz tez-tez rotasiyalar edir, bizə başa salır ki, bunu etmək lazımdır. Hansı sistem lazımdırsa, onu tətbiq edir. Biz də hansı üslubdan asılı olmayaraq çalışırıq ki, yaxşı oynayaq, nəticə verək. Bizim üçün sistem dəyişikliyi maraqlı gəlir.
- Hazırda özünü A millidə millidə çıxış etməyə hazır sayırsan?
- Bilmirəm, hazıram desəm, nə dərəcədə düzgün çıxar. İnşallah, dəvət gələr. Gəlməsə də, həmişə öz üzərimdə çalışacağam.
- Millimizdə yarımmüdafiə mövqeyinə seçim çoxdur. Bəlkə, yarımmüdafiəçi olduğuna görə sənin üçün milliyə düşmək çətindir?
- Ola bilər. Amma bunlar hamısı məşqçinin işidir. Necə məsləhət bilsələr, elə olacaq. Əsas milli komandanın yaxşı çıxışıdır, İlkin olmasın, qeyrisi olsun. Mən yenə də öz işimə davam edəcəyəm. İnşallah, bir gün mən də millidə olacağam, öz məqsədimə çatacağam.
- “Zirə” 3-cü pillədə olsa da, “Neftçi” və “Qarabağ”la xal fərqiniz elə də böyük deyil. Hansı məqsədlər üçün oynayırsınız?
- Biz hər oyunu düşünürük. Oyun üslubumuzu getdikcə yaxşılaşdırırıq. “Zirə” gündən-günə inkişaf edir. Hansısa məqsədimiz yoxdur ki, 1, 2 yaxud da 3-cü yeri tutmalıyıq. Sırf oyunumuzu düşünürük.
- “Qarabağ” və “Neftçi” ilə başabaş mübarizə apara bilərsiniz?
- Biz “Neftçi”, “Qarabağ”, ümumiyyətlə, heç kimdən geri qalmırıq. İstənilən rəqibə qarşı üç xal üçün meydana çıxırıq. İstər “Neftçi” olsun, istərsə də “Qarabağ”. Özünüz də görürsünüz ki, biz necə mübarizə aparırıq.
Ramiq AĞAMƏMMƏDOV
14 illik həsrət bitdi
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı