Messi Raula çatdı

Messi Raula çatdı
DÜNYA FUTBOLU 17 Fevral 2021 / 11:22 5672
-  A +

"Barselona"nın futbolçusu Lionel Messi üçün Çempionlar Liqasının 1/8 finalında PSJ ilə oyun (1:4) əlamətdar olub.

Qol.az "Opta"ya istinadən xəbər verir ki, sözügedən matçda penaltidən fərqlənən argentinalı hücumçu bununla da turnirin pley-of mərhələsində ardıcıl 17 il (2005-2021) qol vurub.

Beləliklə, Messi "Real"ın və "Şalke"nin sabiq hücumçusu Raul Qonzalesin nailiyyətini (1995 - 2011) təkrarlayıb.


Son xəbərlər