"Bu, finala getmək istədiyimiz uzun bir səyahətin başlanğıcı olacaq"

"Bu, finala getmək istədiyimiz uzun bir səyahətin başlanğıcı olacaq"
DÜNYA FUTBOLU 16 Fevral 2021 / 20:46 1812
-  A +

"Yuventus"un  hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasının 1/8 finalında " Portu" ya qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bildirib.

Qol.az xəbər verir ki, o, özünün "Tvitter" hesabında yazıb: “Sabah "Yuventus"u güclü bir komandaya qarşı vacib bir oyun gözləyir. Yalnız ümid edirəm ki, bu, finala getmək istədiyimiz uzun bir səyahətin başlanğıcı olacaq.

Rəqibə hörmət, qazanmaq arzusu, 100 faiz hədəflərimizə yönəlmək".

Qeyd edək ki, "Portu" - "Yuventus" matçı fevralın 17-i keçiriləcək. Bu komandalar arasında cavab oyunu martın 9-u olacaq.


Son xəbərlər