"Çelsi" 4-cü pilləyə yüksəldi

"Çelsi" 4-cü pilləyə yüksəldi
DÜNYA FUTBOLU 16 Fevral 2021 / 02:12 2400
-  A +

"Çelsi" İngiltərə Premyer Liqasında növbəti oyununa çıxıb.

Qol.az xəbər verir ki, London təmsilçisi 24-cü turun son matçında "Nyukasl"ı qəbul edib. Olivye Jiru və Timo Vernerin qolları "zadəganlar"a qələbə qazandırıb.


"Çelsi" – "Nyukasl" - 2:0
Qollar:
Jiru, 31. Verner, 39

Bu nəticədən sonra "Çelsi" xalını 42-ə çatdıraraq 4-cü pilləyə yüksəlib. "Nyukasl" isə 25 xalla 17-cidir. Turnir cədvəlinə 53 xalla "Mançester Siti" başçılıq edir.

Son xəbərlər