"Liverpul" uduzdu, Alisson yenə səhvə yol verdi

"Liverpul" uduzdu, Alisson yenə səhvə yol verdi
DÜNYA FUTBOLU 13 Fevral 2021 / 19:27 2490
-  A +

"Liverpul" İngiltərə Premyer Liqasında növbəti oyununu keçirib.

Qol.az xəbər verir ki, Mersisayd təmsilçisi 24-cü turda "Lester"in qonağı olub. Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Lester" - "Liverpul" - 3:1
Qollar:
Salah, 67 (0:1), Maddison, 78 (1:1), Vardi, 81 (2:1), Barns, 85 (3:1)

Qonaq komandanın qapıçısı Alisson bu görüşdə də qolla nəticələnən səhvə yol verib. O, "Mançester Siti" ilə oyunda da kobud səhv etmişdi.

Qeyd edək ki, "Lester" 46 xalla 2-ci, "Liverpul" 40 xalla 4-cüdür. Turnir cədvəlinə 50 xalla "Mançester Siti" başçılıq edir. "Mançester Yunayted" 45 xalla 3-cüdür.


Son xəbərlər