Yeni klubu rəsmiləşdi

Yeni klubu rəsmiləşdi
DÜNYA FUTBOLU 13 Fevral 2021 / 10:31 1781
-  A +

Argentinalı mütəxəssis Ernan Kresponun yeni iş yeri müəyyənləşib.
 
Qol.az xəbər verir ki, o, Braziliyanın “San Paulu” klubunun baş məşqçisi təyin olunub. Bu barədə klubun saytı məlumat yayıb. 45 yaşlı çalışdırıcı ilə 2 illik müqavilə imzalanıb. Krespo bu vəzifədə  istefaya göndərilən Fernando Dinizi əvəzləyib.
 
Qeyd edək ki, Kresponun son iş yeri Argentina “Defensa və Xustisiya”sı olub. O, fevralın 9-u bu klubdan ayrılıb.
 
Xatırladaq ki, “San Paulu” Braziliya çempionatında 35 turdan sonra lider “İnternasional”dan 7 xal geri qalır və hazırda 4-cü pillədə qərarlaşıb.

Son xəbərlər