Dünya çempionatında bürünc medalların sahibi müəyyənləşdi

Dünya çempionatında bürünc medalların sahibi müəyyənləşdi
DÜNYA FUTBOLU 11 Fevral 2021 / 21:52 2060
-  A +

Klublararası dünya çempionatında 3-cü yer uğrunda oyun keçirilib.

Qol.az xəbər verir ki, Qətərdə təşkil edilən turnirin bürünc medallar uğrunda görüşdə Misirin "Əl-Əhli" və Braziliyanın "Palmeyras" komandaları üz-üzə gəliblər.

Matçın əsas vaxtı qolsuz başa çatıb. Penaltilər seriyasında isə "Əl-Əhli" daha dəqiq olaraq (3:2) bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, turnirin final matçında bu gün "Bavariya" (Almaniya) ilə "Tiqres" (Meksika) qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


Son xəbərlər
11.05.24  18:57

"Barselona" onu satır