«Xəzər-Lənkəran» klubunun baş məşqçisi İqor Ponomaryov komandanın düşərgəsində baş verən son olaylara, klubun bu gün həyata keçirdiyi transferlə bağlı Qol.Az saytına müsahibə verib
- Bu gün «Xəzər-Lənkəran»la müqavilə imzalayan Ahmet Dursunun oyununu özünüz görüb bəyəndiniz, yoxsa transfer təklifi menecerlərdən gəlib?
- Təbii ki, mən bəyənib komandaya dəvət etmişəm. Ahmet Türkiyənin məhşur futbolçularındandır, “Beşiktaş” və Türkiyə millisinin şərəfini qoruyub.
- Onun hazırkı forması sizi qane edir? Bildiyimizə görə, Ahmet komandanın Türkiyədəki təlim-məşq toplanışında iştirak etməyib.
- O, çox yaxşı formadadır. Belə olmasaydı, o zaman müqavilə bağlamazdıq.
- Onun artıq 31 yaşı var. Bu amil sizi narahat eləmir?
- 31? Axı mənə deyiblər ki, 28 yaşı var.
- Yox, Ahmet 1978-ci ildə anadan olub.
- Olsun. Əsas odur ki, o, yaxşı formadadır və böyük təcrübəsi ilə bizə kömək edə biləcək.
- Bununla da transfer fəaliyyətiniz başa çatdı?
- Yox, hələ davam edir.
- Hansı mövqelərə futbolçu axtarırsınız?
- Bunu açıqlamaq istəmirəm.
- Füzuli Məmmədovla Alim Qurbanovu transferə çıxardınız. Onların oyunu sizi qane eləmədi?
- Burada böyük bir problem yoxdur. Bir futbolçu komandaya gəlir, digəri gedir.
- Füzuli bizimlə söhbətində bildirib ki Ponomaryov Türkiyə toplanışı zamanı mənə iki oyun şans verdi.
- Biz Antalyada 2 oyunda yox, 24 gün birlikdə olmuşuq. Yəqin ki, onun hazırlıq səviyyəsi mən istəyən səviyyədə olsaydı komandada qalardı.
- Verdiyiniz son qərar komandanın Lənkərana köçməsiylə bağlı oldu. Amma əksər futbolçular bundan narazı qaldılar. Bu məqam gələcəkdə sizə problem yaratmayacaq ki?
- Bircə siz media problem yaratmayın...
- Nə barədə?
- Elə bu cür suallar verməklə.
- Heç narahat olmayın, biz bu məsələdə sizi 100 faiz dəstəkləyirik. Mətbuat həmişə bu məsələni qabardıb ki, “Xəzər-Lənkəran” Lənkərandan çox Bakı komandasına oxşayır.
- Bilirsiniz “Xəzər-Lənkəran” Lənkəranın komandasıdır və buna görə də Lənkəranda məskunlaşmalıdır. Futbolu kimə görə oynayırıq? Azarkeşlərə görə. Buna görə də, komanda öz doğma azarkeşlərinə yaxın olmalıdır, ondan aralıda yox.
"Neftçi"ni dirildən adam
Bu klublar 30 yaşdan yuxarı futbolçulara şans verməyib
Baş məşqçi intizam cəzası ilə üzləşə bilər
Portuqaliya millisindən iddialı hədəf
İngiltərədə böyüyən futbolçu niyə Nigeriya millisini seçib?
Baş məşqçiyə ultimatum: Ya kubok, ya istefa!
Kukurella ağır zədələndi
"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı
Azarkeşlər baş hakimin fitini oğurladı, klub cəzalandırıldı
"Everton" "Mançester Siti"dən 2 futbolçu transfer edə bilər
"Real" və UEFA razılığa gəldi
"Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" - Edvin Kuç
"Barselona" yarımfinal matçına ciddi itki ilə çıxacaq
Baş məşqçidən etiraz: "Həmin qol ləğv olunmalıdır"
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
Nərimandan “Qarabağ”a vida
"Nyukasl"dan Şəhidlər Xiyabanı və orucluqla bağlı - Müraciət
"Tottenhem" Tomas Frankı istefaya göndərdi
Azərbaycanı Sloveniyada təmsil edəcək cüdoçular
Macəra dolu Amerika.. - Tanış olun, Nərimanın yeni klubu!
AFFA bu klubları cərimələdi
1-ci liqada 5 oyunun hakimləri məlum oldu
"Qəbələ" Fransa millisinin sabiq üzvünü transfer etdi
"Qarabağ" – "Nyukasl" oyununun biletləri satışa çıxarılır
Premyer Liqada 100-cü oyun
"Özümü göstərmək və milliyə dəvət almaq istəyirəm"
“Turan Tovuz” 30-cu oldu
“Qarabağ”ın seleksionerləri və Joni Montiel haqda - Video
"Sabah"ın yubiley qalibiyyəti
"Nyukasl"ın 4 oyun sonra gələn qələbəsi - Video
"Qarabağ" 9, "Sabah" 13 pillə irəlilədi - Dünya reytinqi
"Marsel" baş məşqçisini istefaya göndərdi
"Çelsi" belə xal itirdi - Video
"Nyukasl" "Tottenhem"ə qalib gəldi, uğursuz seriya bitdi