Neymar "Barselona"ya qarşı oynayacaq? - Durumu açıqlandı

Neymar "Barselona"ya qarşı oynayacaq? -  Durumu açıqlandı
DÜNYA FUTBOLU 11 Fevral 2021 / 19:58 2762
-  A +

PSJ-nin hücumçusu Neymarın zədəsi ciddidir.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı futbolçu təxminən 4 həftə meydana çıxa bilməyəcək. Bu isə o deməkdir ki, komandanın lideri Çempionlar Liqasının 1/8 finalında "Barselona" ilə fevralın 16-da keçiriləcək səfər görüşünü buraxacaq

25 yaşlı futbolçu böyük ehtimalla Kataloniya klubu ilə martın 10-da keçiriləcək cavab matçında da iştirak etməyəcək.  

Xatırladaq ki, Neymar Fransa kubokunun 1/32 finalında "Kan"la matçda ayaq əzələsindən zədə alıb.

Son xəbərlər