"Barselona"ya qol vursam, qeyd etməyəcəyəm" - Rakitiç

"Barselona"ya qol vursam, qeyd etməyəcəyəm" -  Rakitiç
DÜNYA FUTBOLU 9 Fevral 2021 / 21:50 2650
-  A +

“Sevilya”nın futbolçusu İvan Rakitiç İspaniya kubokunun yarımfinalında sabah “Barselona” ilə keçiriləcək görüşlə bağlı açıqlama verib.

Qol.az xəbər verir ki, “AS” nəşrinə danışan xorvatiyalı yarımmüdafiəçi keçmiş komandasına qol vuracağı təqdirdə sevincini çılğın şəkildə qeyd etməyəcəyini bildirib:

“Qol vursam, bunu qeyd etməyəcəyəm. Barselonada çox gözəl anlar yaşamışam. Qızım orada doğuldu. Şəhərdə dostlarım çoxdur. Yerli azarkeşlər məni sevirlər və bu qarşılıqlıdır. “Barselona” azarkeşləri onlara qarşı davranışıma görə hətta mənə mükafat da veriblər”.

Xatırladaq ki, Rakitiç 2014-cü ildən 2020-ci ilədək "Barselona"da çıxış edib.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq