Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun müsahibəsi
- Əvvəlcə, Özbəkistan millisi ilə keçirilən oyun barədə fikirlərinizi bilmək istərdik.
- Bu oyuna həddindən artıq böyük qiymət verilməsinin tərəfdarı deyiləm. Çünki bu, yoxlama oyunu idi. Daha böyük nəticə gözləməyimə baxmayaraq, iki aylıq fasilədən sonra keçirilən birinci oyun üçün təəssüratlarımın yaxşı olduğunu deyə bilərəm.
- Bu oyun komandaya konkret olaraq nə verdi?
- Əvvəla, komandanın oyununu bir daha nəzərdən keçirmək imkanı əldə etdim. Ancaq bəzi futbolçuların çıxışı məni çox təəssüfləndirdi. Sanki onlar 2 ay ərzində məşq etməyib, bütün günü evdə oturublar. Özbəkistan millisi güclü rəqib idi. Mən onların Birləşmiş Ərəb Əmirliklərinin yığma komandasıyla keçirdiyi oyunu canlı izlədim. Rəqibimiz yerli komandaya 1:0 hesabıyla qalib gəlməklə yaxşı oyun nümayiş etdirdi.
- Keçdiyiniz məşqlərin müsbət nəticəsini meydanda görə bildinizmi?
- Ümumilikdə, komandanın oyunundan razı qaldım. Amma məni qane etməyən ayrı-ayrı məqamlar da oldu. Bu da bəzi futbolçuların öz üzərlərində az çalışmasından irəli gəlir. Mən bu məsələdə klub məşqçilərini əsla qınamaq istəməzdim. İş ondadır ki, özünü peşəkar futbolçu hesab edən kəs, gərək məşqlərinə də peşəkarcasına yanaşsın.
- Mövcud çatışmazlıqları aradan qaldırmaq üçün nə kimi planlarınız var?
- Birincisi, futbolçu peşəkar olduğunu özü bilməli və daim peşəkarlığını qorumaq üçün çalışmalıdır. Olimpiya çempionu olan bir güləşçi ilə futbolçuların görüşünü təşkil etsək, məlum olar ki, o, gündə neçə dəfə məşq edir. Bu zaman futbolçular peşəkarlığın nədən ibarət olduğunu və bunun üçün necə məşq etməyin vacibliyini yaxşı dərk edərlər.
- Müəyyənləşdirdiyiniz taktikaya komanda meydanda necə əməl edə bildi?
- Qeyd etdiyim kimi, futbolçuların fiziki hazırlığı istənilən səviyyədə olmadığından, biz diqqəti bu çatışmazlığın aradan qaldırılmasına yönəltmişik. Çünki fiziki hazırlıq yaxşı olarsa, istənilən rəqiblə meydanda mübarizə aparmaq olar. Özbəkistan yığması ilə oyunda futbolçular bunu bir daha gördülər.
- Artıq təlim-məşq toplanışının bir neçə günü arxada qalıb. Futbolçuların fiziki hazırlığında dəyişiklik hiss olunurmu?
- İlk günlərdən fərqli olaraq, artıq onlar rahat məşq edirlər. Sürətləri də xeyli yaxşılaşıb.
- Rəşad Sadıqovla Branimir Subaşicin meydanda olmaması komandanın oyununa necə təsir etdi?
- Sözsüz ki, onların yoxluğu hiss olunurdu. Ancaq öz oyunumuzu göstərməyə çalışdıq və birinci oyun üçün nəzərdə tutulan vəzifənin öhdəsindən gələ bildik.
- Samir Abbasov kapitan kimi vəzifəsinin öhdəsindən gələ bildimi?
- Oyunun məhz fevralın 1-də keçirilməsi Samir üçün xüsusi əhəmiyyət kəsb edirdi. Onun ad günü idi. Samir bu əlamətdar günü komandanın aparıcı futbolçularından biri kimi qeyd etdi. Komanda yoldaşları da Samirə tort hədiyyə verdilər.
- Milli komandanın əksər üzvlərinin xarici klublarda oynaması müsbət amildir. Artıq Rəşad Sadıqov Türkiyənin «Kocaelispor» klubunda çıxış edir. Millinin digər üzvlərinin xarici klubların diqqət mərkəzinə düşməsi nə dərəcədə real görünür?
- Artıq bir neçə xarici klub millinin bəzi üzvləri ilə maraqlanır.
- Bu futbolçuların adlarını açıqlaya bilərsinizmi?
- Gəlin tələsməyək, məsələnin konkret həllini gözləyək. Ancaq mənim üçün hələ də təəccüblüdür ki, Zeynal Zeynalov kimi bir futbolçu hələ də özünə klub tapa bilmir.
- Bu toplanışda futbolçuların hansısa yeni keyfiyyətlərini görə bildinizmi?
- Üc futbolçudan daha böyük nəticə gözləyirdim. Onlar mənim üçün tapıntı olsa da, hələ ki, bu dəfə özlərini doğrulda bilmirlər.
- Müsbət dəyişikliklərə nail olan futbolçu necə, varmı?
- Tural Cəlilov və Rahid Əmirquliyev özlərini yaxşı mənada göstərə biliblər. Növbəti oyunda Rahidin də xidmətindən istifadə edəcəyik. Vüqar Nadirovdan, Ernani Pereyradan razı qaldım.
- Bəs bu günün ən yaxşı futbolçusu kimi adlandırardınız?
- Leandro Qomeşi. Görünür, o, tətil vaxtı öz üzərində çox çalışıb. Dünənki oyundan sonra iki-üç klub artıq onunla maraqlanıb.
- Növbəti yoxlama oyunlarında Fərhada və Raufa da şans veriləcəkmi?
- Bəli, növbəti yoxlama oyunlarında nəinki onlara, o cümlədən digər futbolçulara da şans veriləcək.
- Komandada nizam-intizam hansı səviyyədədir?
- Bu, komanda üçün çox vacib şərtlərdən biridir. Bizdə bu məsələnin tamamilə qaydasında olduğunu deyə bilərəm. Mən belə intizamlı komanda çox az görmüşəm.
- Özbəkistan millisinin baş məşqçisi daha çox Elmar Baxşıyevin, Fabio Luis Ramimin və Aleksandr Çertoqanovun oyununu bəyəndiyini bildirib. Siz onun bu fikri ilə nə dərəcədə razısınız?
- Elmardan razı qaldım, amma Çertoqanov və Ramimdən daha yüksək oyun gözləyirdim.
- Rusiya millisi ilə oyundan 4 gün sonra yoldaşlıq oyununun keçirilməsinin vacibliyini bildirmişdiniz. Bununla bağlı konkret rəqib varmı?
- Həmin oyundan sonra yoldaşlıq görüşünün keçirilməsi nəzərdə tutulub. Konkret rəqib barəsində isə danışmaq hələ tezdir.
- AFFA tərəfindən milli komanda üçün lazımi şərait yaradılırmı?
- Milli komandaya yaratdığı hərtərəfli şəraitə görə AFFA-nın rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Nigeriyada mənə belə şərait yaratsaydılar, 2010-cu ildə onlar dünya çempionu olardılar.
Müsahibə AFFA-nın rəsmi saytından götürülüb
"Sabah" - "Zirə" matçında vurulan qollar - Video
"Hakim qərarları qəribə idi" - Berezutski
Rəşad Sadıqov: "Futbolumuz adına sevinirəm"
"Sabah" "Zirə" ilə heç-heçə etdi
Tovuzda qol vurulmadı - Video
"Qurban müəllimin dediyində həqiqət var" - Azər Bağırov
“Kəpəz” “Qarabağ”la bərabərə qaldı
Millimiz Bolqarıstana qalib gəldi
"Sabah" - "Zirə" matçı üçün - Heyətlər
Levandovski: "Hələ son sözümü deməmişəm"
Flik Alvaresin sayılmayan penaltisindən danışdı
Osimhen "Yuventus"la razılaşdı
"Kəpəz" - "Qarabağ": Heyətlər
Levandovski: "Yaşımdan utanmıram"
İtaliya millisinin Almaniya ilə matçlar üçün tərkibi
“Son 12 ildə çoxlu axmaq qərar veriblər”
Ayxan Abbasov milliyə bu futbolçuları çağırdı
Anandla Məmmədov Bakıda qarşılaşacaq
FİFA referisi Əvəzedicilər liqasının oyununda
Niderland millisinin İspaniya ilə oyunlar üçün heyəti
"Barselona"dan Torres qərarı
Azərbaycan yığmasının heyəti açıqlandı
Neymar Braziliya millisinə qoşulmayacaq
Ronaldo qollarının sayını 928-ə çatdırdı
Renat oynadı, komandası qalib gəldi
“Qalatasaray”dan darmadağın
Güləşçimiz Avropa çempionu oldu
"Çox istəyirəm ki, Santuşla əlaqəmiz olsun" - Ayxan Abbasov
Mərdəkanda vurulan qollar - Video
"Araz-Naxçıvan" "Şamaxı" ilə bərabərə qaldı
Slot və Postekoqlunu qabaqladı, ən yaxşısı seçildi
Kamal Umudlu Avropa çempionatında
"Mingəçevir"in qələbəsindən - Video
Azərbaycan millisinin Moldova ilə oyun üçün heyəti
"Araz-Naxçıvan" - "Şamaxı": Heyətlər
“Real”ın futbolçusu 3-4 həftə oynamayacaq
"Mingəçevir"dən ardıcıl 4-cü qələbə
"Real" 100 milyonluq transferə hazırdır
Tuhelin millidə ilk seçimi - 26 futbolçu
Salah Premyer Liqanın ən yaxşısı seçildi
Ayxan Abbasovdan təyinatı ilə bağlı - Açıqlama
Qurban Qurbanov bugünkü toplantıya niyə qatılmadı?
AFFA İntizam Komitəsindən ayrıldı
AFFA-nın İcraiyyə Komitəsinin bugünkü qərarları - Şəkillər