"Beşiktaş" 10 nəfərlə qalib gəldi

"Beşiktaş" 10 nəfərlə qalib gəldi
DÜNYA FUTBOLU 7 Fevral 2021 / 21:56 2179
-  A +

“Beşiktaş” Türkiyə Superliqasında növbəti oyununa çıxıb.

Qol.az xəbər verir ki, İstanbul təmsilçisi 24-cü turda öz meydanında “Konyaspor”la qarşılaşıb. “Qara-qartallar” matçın 21-ci dəqiqəsindən azlıqda qalmasına baxmayaraq, 81-ci dəqiqədə qol vuraraq 1:0 hesablı qələbə qazanıb.

“Beşiktaş” – “Konyaspor” – 1:0
Qol:
Rosyer, 81
Qırmızı vərəqə: Fabrike Nskala, 21 (“Beşiktaş”)

Bu qələbə ilə xallarını 48-ə çatdıran “Beşiktaş” 2-ci pilləyə yüksəlib. Lider “Qalatasaray” və 3-cü pillədə olan “Fənərbaxça”nın da 48 xalı var.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq