Mourinyo belə uğursuzluqla üzləşməmişdi

Mourinyo belə uğursuzluqla üzləşməmişdi
DÜNYA FUTBOLU 5 Fevral 2021 / 10:44 2675
-  A +

İngiltərə Premyer Liqasının 22-ci turunda keçirilən “Tottenhem” - “Çelsi” oyunu (0:1) meydan sahiblərinin baş məşqçisi Joze Mourinyo üçün antirekordla yadda qalıb.

Qol.az xəbər verir ki, baş məşqçi kimi 327-ci ev oyununa çıxan Joze Mourinyo karyerasında ilk dəfə ardıcıl iki ev məğlubiyyətinə üzülüb.

Komanda yanvarın 29-da doğma arenada “Liverpul”a 1:3 hesabı ilə uduzmuşdu.

Qeyd edək ki, “Tottenhem” Premyer Liqada 33 xalla 8-ci yerədir.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq