"Trabzonspor" 4-cü pilləyə yüksəldi

"Trabzonspor" 4-cü pilləyə yüksəldi
DÜNYA FUTBOLU 4 Fevral 2021 / 22:26 2668
-  A +

Türkiyə Superliqasında 23-cü tura yekun vurulub.
 
Qol.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçirilib.
 
“Göztəpə” – “Yeni Malatyaspor” matçında 4 qol vurulsa da, qalib müəyyənləşməyib.
 
Turun son matçında “Trabzonspor”la “Dənizlispor” üz-üzə gəlib. Trabzon təmsilçisi doğma meydanda minimal hesabla qalib gəlib.

4 fevral
 
"Göztəpə" – "Yeni Malatyaspor" - 2:2
Qollar
: Ndiaye, 13; 73 – Mallan, 39. A.İldiz, 81.
 
"Trabzonspor" – "Dənizlispor" - 1:0
Qollar
: Bakasetas, 61.

Bu nəticələrdən sonra  xallarını 39-a çatdıran "Trabzonspor" 4-cü pilləyə yüksəlib. Turnir cədvəlinə 48 xalla "Fənərbaxça" başçılıq edir. "Qalatasara" və "Beşiktaş" 45 xalla 2-ci, 3-cü pillələri bölüşdürürlər.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır