Şahmatçı Teymur Rəcəbov Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.
- İlk olaraq “Airthings Masters” onlayn turnirində qələbə barədə danışaq. Yəqin final görüşü daha çətin alındı?
- Əlbəttə. Adətən turnirdə ən yaxşı formaya malik, inamlı mübarizə göstərən və ən yaxşı nəticə əldə edən iştirakçılar finala vəsiqə qazanır.
- Bu turnirdə siz bir qədər emosional göründünüz. Adətən Teymur Rəcəbovu belə izləməzdik...
- Yaşımız artır (gülür). Əslində çox böyük fiziki və emosional gərginlik yaşadım. Ümumilikdə 9 gün ərzində 35 partiya oynadım. Fərqli reqlament olmasına baxmayaraq, bəzən klassik oyun oynamaqdan qat-qat çox güc istifadə olunur. Gün ərzində tay-brekləri nəzərə almadan dörd partiya oynanılırdı. Və belə çətin yarışın finalında qələbə qazandıqdan sonra neçə gündür hiss etdiyin bütün bu gərginlik səni tərk edir. Sevinc göz yaşlarını gizlətmək çətin olur. Əvvəllər duyğularımı idarə edirdim. Ancaq burada alınmadı.
- Qələbədən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sizi təbrik etdi…
- Əgər sənin çıxışını Vətənində birinci şəxslər qiymətləndirirsə, bu inanılmaz dərəcədə xoşdur və şərəflidir. Bu artıq ikinci təbrikdir (ilk dəfə 2019-cu ildə Dünya Kubokunda qələbə qazandıqdan sonra). Bu anda yüksək mənəvi yüksəliş və ölkəm üçün faydalı olmaq arzusu yaşadım.
- Qarşıda hansı yarışlarda iştirak edəcəksiniz?
- Fevral, mart və may aylarında dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun növbəti mərhələlərində iştirak edəcəyim gözlənilir. Sonra ilin sonuna qədər yarışlar var. Avropa və dünyada epidemioloji vəziyyətdən asılı olaraq bəzi turnirlərin təxirə salınması və ya ləğvi istisna olunmur.
- Pandemiyaya görə Yekaterinburqda keçirilən İddiaçılar Turnirində iştirakdan imtina etdiniz. Yarış ilk dövrədən sonra dayandırıldı. İddiaçılar Turnirində iştirakçıların sırasına bərpa olunacağınız gözlənilirmi?
- Məsələ bundadır ki, İddiaçılar Turnirində iştirak etməkdən imtina etməmişəm. Yalnız FIDE-yə bu turniri təxirə salma xahişi ilə məktub göndərdim, çünki pandemiya zamanı iştirakçıların məhdudiyyətlərə görə tam gücləri ilə oynaya bilməyəcəklərini düşünürdüm. Turdan əvvəl testin verilməsi, hərarətin ölçülməsi, oteldən çıxmağa qadağanın qoyulması təsirsiz ötüşmür. Şahmatçılardan biri xəstələnsə, nə ediləcəyi bəlli deyildi və s. İddiaçılar Turniri artmaqda olan pandemiya vaxtı 22 gün müddətində keçirməli idi. Maska geyinməklə demək olar xəstəxana şəraitində şahmat oynamağın psixoloji baxımdan çətin olacağını düşünürdüm. Yeri gəlmişkən, bu turnir martın 15-də başlandı və sona çatdırılmadı. Ümid edirəm ki, FIDE məni dünya çempionu adı uğrunda mübarizədə mühüm yarış hesab edilən İddiaçılar Turnirindən kənarda qoymamaq üçün məqbul bir həll tapacaq.
14 illik həsrət bitdi
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı