Oyun vaxtı İkardinin evi qarət olundu

Oyun vaxtı İkardinin evi qarət olundu
DÜNYA FUTBOLU 1 Fevral 2021 / 10:55 965
-  A +

PSJ-nin futbolçusu Mauro İkardinin evi qarət olunub.

Qol.az "LEquipe" nəşrinə istinadən xəbər verir ki, oğurluq PSJ-nin Fransa çempionatının 22-ci turunda "Loryan"la oyunu (2:3) zamanı baş verib.

Argentinalı hücumçunun evindən zinət əşyaları, saatlar və bəzi geyimlər götürülüb. İkardiyə 400 min avro məbləğində ziyan dəyib. Hadisə ilə bağlı araşdırma aparılır.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner