Superliqada istefa

Superliqada istefa
DÜNYA FUTBOLU 31 Yanvar 2021 / 21:11 1728
-  A +

Türkiyənin “Gənclərbirliyi” klubunun baş məşqçisi Mustafa Kaplan istefa verib.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, Superliqanın 22-ci turunda “Antalyaspor”a uduzduqları oyundan (0:1) sonra qərarını açıqlayıb.

Qeyd edək ki, Mustafa Kaplan ötən ilin noyabrından “Gənclərbirliyi”ni çalışdırırdı. Onun rəhbərlik etdiyi komanda Superliqada 19 xal toplayıb və 21 kollektiv arasında 19-cu sırada qərarlaşıb.


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq