“Bavariya” futbolçusunu cəzalandırdı – Döyməyə görə

“Bavariya” futbolçusunu cəzalandırdı –  Döyməyə görə
DÜNYA FUTBOLU 31 Yanvar 2021 / 17:08 2167
-  A +

“Bavariya” futbolçusu Korentin Tolissonu əsas komandadan uzaqlaşdırıb.

Qol.az Almaniya mətbuatına istinadən xəbər verir ki, buna futbolçunun döymə elətdirməsi səbəb olub.

Koronavirusla bağlı qaydaları pozaraq döymə elətdirən 26 yaşlı futbolçuya pul cəzası da verilib. Klubun idarə heyətinin sədri Karl-Haynts Rummenigge futbolçunun cərimə müqabilində verəcəyi pulu xeyriyyə təşkilatına bağışlayacaqlarını açıqlayıb.

Fransa millisinin üzvü sosial şəbəkə hesabındakı paylaşımında hərəkətindən peşman olduğunu bildirərək üzr istəyib.


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq