Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadovun Qol.Az saytına müsahibəsi
- Milli komandamız Özbəkistanla 1:1 hesabı ilə heç-heçə oynadı. Nəticəyə münasibətinizi bilmək maraqlı olardı.
- Oyunu görmədiyimdən fikir söyləmək çətindir. Bildiyim yalnız odur ki, hansı heyət meydançaya çıxıb, hesab necə olub. Amma onu deyə bilərəm ki, artıq Rusiya ilə oyuna çıxacaq heyət müəyyənləşməlidir. Çünki martın 28-də oynayırıq, bu gün isə fevralın 2-dir. Elə böyük bir zaman qalmayıb. İndi taktiki gedişlər üzərində baş sındırmaq lazımdır. Bəlkə də Foqts özü-özlüyündə əsas heyəti beynində formalaşdırıb.
- Seçilən məkan nə dərəcədə düzgündür? Çünki biz Moskvada, soyuq bir mühitdə oynayacağıq, Dubay isə isti şəhərdir.
- Mən özüm də Moskvada oxumuşam, bu mənada deyə bilərəm ki, ola bilər heç mart ayında Moskvada havalar soyuq olmasın. Özü də oyun axşam saatlarında başalayacaq. Bilirsiniz, burada havadan da vacib məqamlar var. Məsələn, biz ruslarla sintetik örtüklü meydançada oynayacağıq. Orada top saxlamaq, qaçmaq, manevr etmək kimi faktorlar var. İlk növbədə, bunlar üzərində işləmək lazımdır.
- Deməli, sizin üçün vacib olan hazırlıq üçün seçilən məkan yox, hazırlığın özüdür?
- Bu məsələdə nəyinsə mənim üçün vacib olub-olmaması heç nəyi deyişmir. Dubay variantını baş məşqçi özü seçib və AFFA rəhbərliyi də ona lazım olan şəraiti yaradıb. Bu arada mən Rövnəq müəllimə də öz minnətdarlığımı bildirirəm ki, milli komanda üçün bu dərəcədə yüksək səviyyəli şərait yaradıb. Həqiqətən də əvvəllər milli ölkə xaricində iki həftəlik təlim-məşq toplanışı keçə bilmirdi.
- Millinin rəqib seçimini necə qiymətləndirərdiniz? Sizcə Özbəkistan, “Slavya” və Küveytin oyun tərzi nə dərəcədə Rusiyanın oyun tərzinə uyğun gəlir?
- Seçim barəsində də nəsə deməyə çətinlik çəkirəm. Ola bilsin ki, rəqib tapa bilməyiblər. Çünki siz də bilirsiniz ki, güclü rəqiblərdən heç kim bizimlə oynamaq istəmir. Bəlkə başqa səbəblər də ola bilər, amma mən bunu bilmirəm. Əlbəttə ki, sizinlə razıyam, rəqib qətiyyən Rusiyaya uyğun seçilməyib. Polşa və yaxud Ukrayna ilə oynasaydıq, daha yaxşı olardı. Bir də mən arzulayıram ki, klub məşqçiləri Foqtsa danışsınlar. Ümumiyyətlə, hər iki tərəf ünsiyyətdə olsun.
- Bu ünsiyyət yoxdur?
- Bizdə heç vaxt klub məşqçiləri ilə milli komandanın baş məşqçisi arasında lazımı münasibət olmayıb. Ən azın əvvəllər belə olub. Deyə bilmərəm, bəlkə indi vəziyyət dəyişib.
- Bu məsələdə millinin məşqçisi klub məşqçilərindən, klub məşqçiləri isə millinin məşqçisindən narazılığını bildirir. Buna görə də ortaq məxrəcə gələ bilmirlər.
- Narazılıq ola bilər. Amma Azərbaycan futbolunun inkişafı naminə birləşməliyik.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər