"Bir az da əsəbiləşsəm, Küveytə gedəcəyəm" - Qattuzo özündən çıxdı

"Bir az da əsəbiləşsəm, Küveytə gedəcəyəm" -  Qattuzo özündən çıxdı
DÜNYA FUTBOLU 29 Yanvar 2021 / 12:50 2376
-  A +

“Klub mənə etimad göstərirmi? Kiminsə mənə güvənməsinə ehtiyacım yoxdur”.

Qol.az xəbər verir ki, bu sözləri “Napoli”nin baş məşqçisi Cennaro Qattuzo İtaliya kubokunun 1/4 finalında “Spetsiya”ya qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

Jurnalistin 43 yaşlı mütəxəssisə istefaya göndərilmə ehtimalı ilə bağlı sualı onu özündən çıxarıb.  Qattuzo “Napoli”də çox işlər gördüyünü və komandadan getmək fikrində olmadığını bildirib:

“İstefa ilə bağlı suallar məni əsəbiləşdirir. Çünki həmkarlarıma eyni münasibət göstərilmir. Klub prezidenti komanda ilə danışdı və mənə güvəndiklərini dedi. Halbuki buna gərək də yox idi.

Bəli, “Milan”dan istefa verdim, çünki orada işləyə biləcəyimə inanmırdım. Amma “Napoli”dən getmirəm, işimi görürəm. Dörd ildir burada çalışıram və İtaliya kubokunda 4-cü dəfə yarımfinaldayıq. “İnter”in Romelu Lukaku və Lautaro Martinez olmadan bir ay ərzində necə çıxış edəcəyini görmək istərdim .

Heç kim mənə havayı nəsə verməyib. Buna görə də depressiyaya düşmürəm. “Napoli” ilə qalib gəlmək çətindir. Bir az da əsəbiləşsəm, Küveytə və ya buna bənzər bir ölkədə işləməyə gedəcəyəm. Əlbətdə ki, bütün bunların mənim işimin bir hissəsi olduğunu başa düşürəm. Amma son vaxtlar baş verənlər həddən artıqdır”.

Qeyd edək ki, italiyalı mütəxəssis 2019-cu ildən “Napoli”də çalışır. Onun komandası hazırda A seriyasında 34 xalla 6-cı pillədə qərarlaşıb.

Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə