"Mahirə Polşa klubundan təklif gəlib" - Qurban Qurbanov

"Mahirə Polşa klubundan təklif gəlib" -  Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 21 Yanvar 2021 / 20:38 3316
-  A +

“Qarabağ”ın hücumçusu Mahir Emreli ölkə xaricində çıxış edə bilər.

Qol.az xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov “Sabah”la keçirilən bugünkü oyundan sonra mətbuat konfransında bu barədə danışıb.

48 yaşlı mütəxəssis millimizin də üzvü olan 23 yaşlı futbolçunun Polşa klubundan təklif alması xəbərinin doğru olduğunu bildirib: "Mahir Emreliyə görə Polşa klubundan təklif gəlib. Amma burada hər kəsin fikri önəmlidir” – deyə o qeyd edib.

Daha çox


Son xəbərlər