"Yuventus" İtaliya Superkubokunun sahibi oldu

"Yuventus" İtaliya Superkubokunun sahibi oldu
DÜNYA FUTBOLU 21 Yanvar 2021 / 02:00 3261
-  A +

İtaliya Superkubokunun sahibi müəyyənləşib.

Qol.az xəbər verir ki, həlledici matçda "Yuventus" və "Napoli" komandaları qarşılaşıb. Görüş Turin təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Yuventus" - "Napoli" - 2:0
Qollar:
Ronaldo, 64, Morata, 90+5

Bununla da "Yuventus" tarixində 9-cu dəfə Superkuboku qazanıb. Komadna bundan əvvəl  1995, 1997, 2002, 2003, 2012, 2013, 2015 və 2018-ci illərdə bu turnirin qalibi olmuşdu.

Baş məşqçi Andrea Pirlo üçün isə bu, "Yuventus"la qazandığı ilk kubok olub.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord