"Mançester Siti"dən Aqueroya yeni müqavilə

"Mançester Siti"dən Aqueroya yeni müqavilə
DÜNYA FUTBOLU 17 Yanvar 2021 / 12:03 1022
-  A +

"Mançester Siti" futbolçusu Serxio Aquero ilə yeni müqavilə imzalamaya bilər.

Qol.az "Daily Star"a istinadən xəbər verir ki, İngiltərə təmsilçisi 32 yaşlı oyunçuya hazırkı maaşının yarısını qazanacağı yeni müqavilə təklif etməyə hazırdır. Argentinalı hücumçu hazırda həftəlik 250 min funt sterlinq qazanır.

Bildirilib ki, "Mançester Siti" Aqueronun yeni müqavilə təklifini qəbul etməyəcəyi variantını nəzərə alaraq onun əvəzləyicisini axtarmağa da davam edir.

Qeyd edək ki, Aquero bu mövsüm 9 matçda 2 qol vurub.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord