Türkiyə kubokunda 1/4 finalçılar müəyyənləşdi

Türkiyə kubokunda 1/4 finalçılar müəyyənləşdi
DÜNYA FUTBOLU 15 Yanvar 2021 / 10:00 1798
-  A +

Türkiyə kubokunda 1/8 final mərhələsi başa çatıb.

Qol.az xəbər verir ki, son oyun günündə 2 matç keçirilib.

“Ərzurum BB” ilə evdə qarşılaşan “Alanyaspor” 4:1 hesablı qələbə ilə növbəti mərhələyə yüksəlib.

Digər görüşdə isə “Fənərbaxça” “Kasımpaşa”nı qəbul edib. Meydan sahibləri minimal hesablı qələbə qazanaraq 1/4 finala adını yazıdırıb.

Qeyd edək ki, daha öncə  “Antalyaspor”, “Sivasspor”, “Qalatasaray”, “Konyaspor”, “Başakşəhər” və “Beşiktaş” da 1/4 finala yüksəlmişdi. 1/4 və 1/2 final mərhələlərinin püşkatması bu gün keçiriləcək. 

1/4 final fevralın 9-11-də, 1/2 final isə martın 17-18-də olacaq.

14 yanvar

Türkiyə kuboku, 1/8 final

“Alanyaspor” – “Ərzurum BB” – 4:1
Qollar:
Babakar, 14, 57, Kaulker, 24, Davidson, 77, Karakullukçu, 8

“Fənərbaxça” – “Kasımpaşa” – 1:0
Qol:
Samatta, 51


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord