"Qarabağ"ın və millimizin hücumçusu Mahir Emrelinin Qol.az saytına müsahibəsi
- Mövsümün ikinci hissəsinə hazırlıqlar necə gedir?
- Hazırlıq prosesimiz yaxşı başladı. Həmişəki kimi güc məşqləri və s. edirik. Gündə bəzən 1, bəzən 2, bəzən də 3 məşq keçirik. Komandamızda ab-hava da yaxşıdır. Düzdür, hələ bir neçə oyunçumuz komandaya qoşulmayıb. Amma yenə də əhval-ruhiyyə yaxşıdır. Baş məşqçimiz də, biz də həmişə çalışmışıq ki, komandamızda pozitivliyi qoruyub-saxlayaq. Çünki nə qədər yaxşı ab-hava olsa, məşqlər də, oyunlar da bir o qədər uğurlu keçəcək.
- Təlim-məşq toplanışlarınız həmişə Antalyada keçirdi. Bakıda o hazırlıq prosesinin effektini almaq olur?
- Təlim-məşq toplanışını Antalyada keçirməyin üstünlükləri o idi ki, başqa komandalara qarşı oynayırdıq. Ona görə də daha yaxşı hazırlaşa bilirdik. İndi hazırlıq prosesinin Bakıda olmasına baxmayaraq, məncə, təlim-məşq toplanışımız yaxşı keçir. Bu dəfə hazırlaşmaq üçün müddət də normaldan azdır. Bununla belə, nə olursa, olsun, biz peşəkar oyunçularıq. Mövcud durumla bağlı başa düşürük ki, indiki dövrdə səyahət etmək təhlükəlidir. Ona görə də məncə, ən doğrusunu etmişik. Şərait necə olursa olsun, biz öz işimizə ciddi yanaşmalıyıq və mövsümün ikinci hissəsinə yaxşı hazırlaşmalıyıq.
- Başa çatan 2020-ci ili özünüz üçün necə qiymətləndirirsiniz?
- Zədəm oldu. Ən çox bu məni narahat etdi. Hətta bəzən oyunlara ağrılarla çıxdığım da oldu. Elə yerdən zədə almışdım ki, onun sağalmasını gözləsəydim, çox vaxt itirmiş olacaqdım. Ona görə bir qədər dözməyə ehtiyacım var idi. Düşünürəm ki, zədəmi nəzərə almasaq, 2020-ci il mənim üçün normal keçib. Hətta yaxşı da deyərdim. Oyunlar buraxdım, amma bunu zədəmlə əlaqələndirirəm. Bunu mənim deməyim doğru çıxmaz. Yəni, tam olaraq yaxşı və ya pis olduğunu deyə bilmərəm. Amma özüm analiz edəndə düşünürəm ki, ili heç də pis keçirməmişəm.
- Mövsümün ilk yarısında 7 qol vurmusunuz. Bu say daha çox ola bilərdi. Qol epizodlarınız çox olsa da, onlardan az istifadə etmisiniz. Razısınız?
- Bu il o qədər də çox oyun keçirmədim. Yəni, əvvəlki illərə baxanda nisbətən həm matç olaraq, həm dəqiqə olaraq, az oynadım. Düşünürəm ki, əlimə keçən fürsətlərdən maksimum istifadə etmişəm. "Molde" və "Qəbələ" ilə görüşü çıxmaq şərti ilə. Amma qol epizodları çox olub, lakin az istifadə etmişəm fikri ilə razı deyiləm. Çünki bu, sadəcə mənim ağlımda qalan 2 matçda olub. O da "Molde" və "Qəbələ" ilə oyunlardır. Başqa 100 faizlik qol epizodu qaçırdığımı xatırlamıram.
- Transfer məsələlərindən də danışaq. Belçika klublarının sizinlə yaxından maraqlandığı haqda xəbərlər yayılıb. Bir müddət əvvəl "Beşiktaş"ın da adı çəkilirdi.
- "Beşiktaş"ın maraqlandığını eşitmişdim. Amma heç bir rəsmi təklif olmayıb. Bu xəbərlər barədə media yalanıdır və s. deyə bilmərəm. Çünki bildiyimiz kimi, "Beşiktaş"la bağlı Türkiyə mediasında, Belçika klubu ilə bağlı da Belçika mətbuatında məlumatlar yayılmışdı. Belçikadan təklif olub. Şəxsən əlaqədə yaratmamışıq, amma menecerim arasında danışıqlar gedib. Lakin razılaşa bilməmişik.
- Belçikanın hansı klubu ilə danışığınız olub?
- Klubun adını açıqlamaq istəməzdim. Məncə, doğru olmaz.
- Ümumiyyətlə, ölkə xaricindən transfer təklifi almısınız?
- Rəsmi təklif gəlməyib. Amma maraqlananlar olub.
- Bu yaxınlarda “Milan”ın hücumçusu Zlatan İbrahimoviç sizə yazılı forma göndərmişdi. Bu, necə gerçəkləşdi?
- Bizim milli komandada Benito Karbone adlı məşqçi var. O bilirdi ki, Zlatan İbrahimoviç mənim kumirimdir. Yəni, bəyəndiyim oyunçudur. O da mənə belə bir jest etmişdi. Buna görə Karboneyə də minnətdaram. 
- Zlatanın kumiriniz olduğunu qeyd etdiniz. Onun hücumçu keyfiyyətlərindən özünüzdə hansıları görmək istəyərdiniz?
- Hər hansı bir keyfiyyətini vurğulamaq istəməzdim. Çünki TOP səviyyədə hücumçudur. Sadəcə, onda olan əzmi, gündən-günə daha yaxşı olmaq istəyini həmişə özümə örnək götürmüşəm. Matçlarını izləyirəm. Nəyi necə etməsinə baxıram. Tək Zlatan yox, bütün TOP səviyyəli hücumçuların necə hərəkət etdiyini izləyirəm. Yaxşılarını da özümə nümunə götürməyə, məşqlərdə, oyunlarda bunları etməyə çalışıram ki, komandama faydalı ola bilim.
Nuriyə ZEYNALOVA
"Neftçi" də mübarizəni dayandırdı
“Qarabağ”ın mümkün rəqibi müəyyənləşdi
“Zirə” mübarizəni dayandırdı
Tahir Gözel Sofiyada azarkeşlərlə görüşdü - Video
SSKA - "Qarabağ": Heyətlər
"Sumqayıt" "Şamaxı"ya qalib gəldi
Ev oyunlarını Xankəndi stadionunda keçirəcəklər - Rəsmi
"Dinamo" - "Neftçi": Heyətlər
UEFA-nın 55 üzvü FIFA yarışlarını boykot edəcək - Bəyanat
"Roma" argentinalı hücumçu transfer etdi
"Zirə" - "Payde": Heyətlər açıqlandı
Cordan Henderson "Çelsi"də
"Yuventus" Bosniya millisinin hücumçusunu transfer edib
"Qarabağ"dan qorxmuruq" - SSKA-nın sabiq prezidenti
"Çelsi" Fransa millisinin müdafiəçisini transfer etdi
"Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
"Barselona"da qalır
"Bavariya"nın direktoru 3 futbolçuya qapını göstərdi
Efiopiya komandası İsveçdə itkin düşüb
Eddi Hau "Nyukasl"dan gedir, əvəzləyicisi müəyyənləşdi
"Sabah"ın səfər oyununun vaxtı müəyyənləşdi
UEFA dünya çempionatını boykot edə bilər
İtaliya klubunun futbolçusu yoxa çıxıb
"Şamaxı"dan ayrılan futbolçu "Kəpəz"də
Klublarımızın avrokubok oyunları - Bu kanallarda
Neymar üçün vida oyunu keçirilə bilər
“Sabah” “pley-off”a yüksəlsə… Mümkün rəqiblər
ÇL-də 2-ci mərhələyə yekun vuruldu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Nəyə qadir olduğumuzu göstərmək istəyirik" - Yuri Vernidub
"Şamaxı" müdafiəçi transfer etdi
“Sabah”ın 3-cü mərhələdəki rəqibi müəyyənləşdi - Yenilənib
Azərbaycan millisi dünya 2-cisi oldu
Kukurelyanın yeni imici - Şəkil
“7:2-ni yaddan çıxarmalıyıq" - Qurban Qurbanov
"İnter"də yeni müqavilə
Fransa millisinin loqosu dəyişdirildi - Şəkil
"Qarabağ" Sofiyada - Şəkillər
"Turan Tovuz" daha bir Türkiyə klubu ilə qarşılaşacaq
“Sabah” Maludanı tanınmış kluba satdı - Rəsmi
“İlk oyunda "Zirə"nin üstün olması ilə razı deyiləm”