İtaliyanın “Roma” futbol klubunun çoxsaylı kreditorlara irihəcmli borcları ilə əlaqədar satış prosesinə start verilib. Lent.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, komandanı “UniCredit” bankı və “Italpetroli” neft şirkəti satışa çıxarıb. “UniCredit” bankının rəhbərliyi “Roma”nın prezidenti Rozella Sensi ilə tam anlaşma əldə edərək, satış prosesinin başlandığını açıqlayıb. Lakin satıcılar komandanın təcili satışında yox, yaxşı nəticələr göstərməsində maraqlıdırlar.
“Roma”ya sahiblik uğrunda mübarizəyə ümumilikdə 20-dən çox şirkət qoşulub. Onların arasında Birləşmiş Ərəb Əmirliklərindən “Aabar” fondu, Misirin telekommunikasiya maqnatı Nəcib Saviris də var. Potensial alıcılar sırasında Rusiyanın “Spartak” (Moskva) klubunun sahibi Leonid Fedunun da adı hallanır. “Gazzetta dello Sport” yazır ki, “LUKoyl” şirkətinin vitse-prezidenti “Roma”nın səhmlərinin 50 faizini dərhal, 35 faizini gələn il, klub üzərində tam nəzarəti isə 2012-ci ildə ələ almaq niyyətindədir.
Qeyd edək ki, “Roma” İtaliya çempionatına uğursuz start götürüb. İlk 2 turda cəmi 1 xal toplayan “canavarlar” turnir cədvəlinin sonuncu pilləsində yer alıblar. “LUKoyl”un prezidenti əslən azərbaycanlı Vahid Ələkbərovdur.
"Yuventus" baş məşqçi ilə bağlı qərarını verdi
"Avrokubok üçün əlimizdən gələni edəcəyik" - Rəşad Sadıqov
"Tam özümüzə gəlməmişik" - Qurban Qurbanov
"Qarabağ"ın vacib qələbəsindən - Video
Qavi geri dönür
Qırmızı vərəqələr, ləğv edilən qollar, hərəyə 1 xal
"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi
"Fənərbaxça" futbolçuları təhdid edilir
"Qalatasaray"lı Osimhen "Real"a gedir?
"İnter" qələbəni son anda əldən verdi
"Tottenhem"də ciddi itkilər var
Futbolçular meydandan təxliyə olundu
"Onlar öz güclü tərəflərini bizə göstəriblər"
"Sabah"ın böyükhesablı qələbəsindən - Video
“Araz-Naxçıvan” da ev oyunlarını Sumqayıtda keçirəcək
"Bizi dəstəkləmələri çox vacibdir" - "Sabah"ın futbolçusu
"Zirə" - "Qarabağ": Heyətlər
"Səhvlərimizdən maksimum yararlandılar" - Jorj Kaşkilya
Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - Video
Ülviyyə Fətəliyeva beynəlxalq turnirin qalibi oldu
Neymar: "Aman Tanrım, özüm olmaq necə də çətindir"
Azərbaycanda federasiyalar birləşdirildi
"FİFA DÇ-2026-ya ev sahibliyini ABŞ-dan almalıdır"
"İmişli" - "Sabah": Heyətlər
Azərbaycanın millisi Çempionlar Kubokunun yarımfinalında
Arbeloa: "Tənqidlər məni narahat etmir"
"Liverpul" "Real"ın iki futbolçusunu transfer edə bilər
"Atletiko"da itki
"Sona qədər avrokuboklar uğrunda mübarizə aparacağıq"
Ayxan Abbasov klub rəhbərlərini belə tənqid etdi - Video
“İndiki boksçuları heç kim tanımır” - Mayk Tayson
Messi, yoxsa Ronaldo? - Hazard seçdi
“Qarabağ”dan ayrılan Krisdən açıqlama
Nəriman yeni klubunun stadionunu ziyarət etdi - Video
Renat oynadı, komandası qalib gəldi
“Fənərbaxça”nın mövsümdəki ilk məğlubiyyəti - Video