"Yuventus"da ciddi itki

"Yuventus"da ciddi itki
DÜNYA FUTBOLU 11 Yanvar 2021 / 21:23 1661
-  A +

İtaliya A seriyasının 17-ci turunda "Sassuolo" ilə  matçda (3:1) zədələnən "Yuventus"un futbolçusu Paulo Dibalanın son durumu müəyyənləşib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumçunun sol diz bağında zədə aşkarlanıb. Argentinalı oyunçunun bərpa müddətinin təxminən 15-20 gün çəkəcəyi bildirilib.

Beləliklə, Dibala ölkə çempionatında "Milan" və İtaliya Superkubokunun finalında "Napoli" ilə görüşləri buraxacaq.

Bizi sosial şəbəkələrdə də izləyin:

http://instagram.com/qolaz

https://www.facebook.com/QolAz-195302414790

T.me/qolaz


Son xəbərlər
14.08.25  17:30

"Liverpul"da qalır