“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Qol.az-a müsahibəsində komandasının mövsümün ikinci yarısına hazırlığından və transfer planlarından danışıb.
- Komandada ümumi durum necədir? Hazırlıqlarınız necə gedir?
- Hazırlıqlar davam edir. Gündə 2 dəfə məşq edirik. Bu gün də səhər məşqə çıxdıq. Axşam isə istirahətdəyik. Sabahdan gündəlik 2 məşq proqramını bərpa edəcəyik. Hazırlıq prosesimizi yanvarın 14-də “Sabah”la yoldaşlıq matçı ilə başa vuracağıq.
- Özünüz bir yoxlama oyunu ilə kifayətləndiniz?
- Futbolçular da gec toplanıblar. Bəziləri sonradan qoşulduğu üçün az məşq edib. Buna görə də hamının oynaması çətin idi. Bir yoldaşlıq görüşü kifayət edir. Komandayla öz aramızda da oyun keçiririk. Çalışırıq ki, komanda yavaş-yavaş yüklənsin.
- “Səbail”in də bir neçə futbolçusu koronavirusa yoluxmuşdu. Hazırda vəziyyət necədir?
- O barədə problemimiz yoxdur. Hamının səhhəti normaldır, məşqlərdə iştirak edirlər.
- 6 futbolçu ilə yollarınızı ayırdınız. Onların yerini doldura biləcəksiniz?
- Hələ axtarışdayıq. Hazırda 2 futbolçu var ki, onlarla danışıqlar gedir. Müsbət nəticə əldə olunsa, açıqlayacağıq.
- Hansı mövqeləri gücləndirmək istəyirsiniz?
- Yarımmüdafiəçi, müdafiəçi, hücumçu. Demək olar ki, hər xəttə bir oyunçu transfer etməyi düşünürük.
- Şimali Makedoniya mətbuatı bu ölkənin “Vardar” klubunun yarımmüdafiəçisi Boyan Naydenovun “Səbail”ə keçəcəyini yazıb. Onunla danışıq aparmısınız?
- O, təklif edilən oyunçulardan biridir. Amma onunla rəsmi danışıqlara girməmişik. Yəni hər şey sadəcə maraqlanmaq səviyyəsində olub. Maraqlansaq da, özü ilə danışmamışıq.
- Rəşad Eyyubovun da adı “Səbail”lə çəkilir.
- Rəşad Eyubbovla heç maraqlanmamışıq da.
- İranlı futbolçu Bəxtiyar Rəhmani ilə müqaviləni pozmağınızın səbəbi nə oldu?
- Onun ailəsi ilə bağlı problemləri vardı. Ona görə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildi.
- Futbolçularınızın qışa qədər göstərdiyi oyuna əsasən mövsümün ikinci yarısında komandanızdan gözlənitiniz nədir?
- Mübariz bir komanda olaraq sona kimi davam etmək istəyirik. Çalışacağıq ki, ən azından mübarizə aparmaqdan qorxmayaq. Bilirik ki, bizə çətin olacaq. Amma qışa kimi keçirilən oyundan onu göstərdi ki, rəqiblərdən geri qalmırıq.
Ramiq AĞAMƏMMƏDOV
Bizi sosial şəbəkələrdə də izləyin:
http://instagram.com/qolaz
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi
Almaniyanın geridönüşü - Video
15 seyv etdi, matçın ən yaxşı oyunçusu seçildi
"İkinci Zubir olmaq istəyirəm" - Jali Muaddib
Almaniyadan möhtəşəm geridönüş
La Liqaya vəsiqə qazanan son komanda da bilindi
Niderland İsveçi bu qollarla darmadağın etdi - Video
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"