"Çelsi", "Mançester Siti" və "Tottenhem" 1/16 finalda

"Çelsi", "Mançester Siti" və "Tottenhem" 1/16 finalda
DÜNYA FUTBOLU 11 Yanvar 2021 / 00:30 2054
-  A +

İngiltərə Kubokunda 1/32 final mərhələsinin oyunları davam edir.

Qol.az xəbər verir ki, Premyer Liqa komandalarından "Çelsi" "Morikambe" ilə qarşılaşıb.  "Zadəganlar" darmadağınla qalib gəlib- 4:0.

"Mançester Siti" "Birminqem Siti" üzərində böyükhesablı qələbə qazanıb- 3:0.

"Tottenhem" isə "Marin"in qapısından nə az, nə çox, düz 5 cavabsız qol keçirməyi bacarıb.

Beləliklə, "Tottenhem", "Mançester Siti" və "Çelsi" 1/16 finala vəsiqə qazanıb.


İngiltərə kuboku, 1/32 final

"Çelsi" - "Morikambe" - 4:0
Qollar: Mount, 18, Verner, 44, Odoi, 49, Havertz, 85

"Mançester Siti" - "Birminqem Siti" - 3:0
Qollar: Silva, 8, 15, Foden, 33

"Marin" - "Tottenhem"  - 0:5
Qollar: Vinisius, 24, 30, Moura, 32, Vinisius, 37, Devin, 60


Son xəbərlər