"Sevilya" Lopeteqi ilə müqaviləni uzatdı - Rəsmi

"Sevilya" Lopeteqi ilə müqaviləni uzatdı -  Rəsmi
DÜNYA FUTBOLU 10 Yanvar 2021 / 19:10 1057
-  A +

"Sevilya" baş məşqçisi Xulen Lopeteqi ilə müqaviləni yeniləyib.

Qol.az La Liqa klubunun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssisin yeni sözləşməsi 2024-cü ilin iyununa qədərdir. Onun əvvəlki müqaviləsi gələn ilin yayına qədər nəzərdə tutulmuşdu.

Qeyd edək ki, Lopeteqi 2019-cu ilin iyun ayından İspaniya klubunu çalışdırır. Onun komandası hazırda La Liqada 30 xalla 6-cı pillədə qərarlaşıb.


Bizi sosial şəbəkələrdə də izləyin:

http://instagram.com/qolaz

https://www.facebook.com/QolAz-195302414790

T.me/qolaz


Son xəbərlər
26.05.24  11:55

Ozobiç üzr istədi