“Keşlə”nin baş məşqçisi Yunis Hüseynov Qol.az-ın suallarını cavablandırıb.
Komandasının qış fasiləsinə qədərki çıxışını dəyərləndirən mütəxəssis transfer planlarından, mövsümün ikinci yarısına hazırlıqdan və digər məsələlərdən danışıb.
- Mövsümün ikinci yarısına hazırlığınız necə gedir?
- Yanvarın 4-dən məşqə başlamışıq. Gündə 2 dəfə məşqimiz olur. Hər şey normal gedir. Yanvarın 9-da komanda bütün heyətlə bir araya gələcək. Bilirsiniz ki, legionerlərin gediş-gəlişi çətindir. Onlar sabah bizə qoşulacaqlar. Hamı yerindədir. Şükürlər olsun ki, zədəli futbolçularımız yoxdur.
- Sabah bütün legionerlər komandaya qoşulacaq?
- Yalnız birindən başqa. Con Kamara bir qədər gec gələcək. Onun atası dünyasını dəyişib. Ona görə komandaya bir az gec qoşulacaq.
- “Keşlə”nin xeyli futbolçusu koronavirusa yoluxmuşdu. İndi durum necədir?
- Şükürlər olsun, xəstələnən yoxdur. Bəli, koronavirusa yoluxma ən çox bizdə və “Sumqayıt”da olmuşdu. Amma indi futbolçularımız yaxşıdırlar, hamısı sağalıb. Demək olar ki, bizim komandanın 90 faizi virusa yoluxmuşdu.
- Sizdə də xəstələnmişdiniz. Keçmiş olsun.
- Çox sağ olun. Mən xəstəliyi ağır keçirdim. Ona görə də 14 gün xəstəxanada qaldım. Amma şükürlər olsun ki, sağalmışam. Həkimlərə də təşəkkür edirəm. Əllərindən gələni etdilər.
- Xəstəliyin hər hansısa fəsadı qalmayıb?
- Yox. Özümü yaxşı hiss edirəm. Amma qorunmalıyam. Hələlik müalicəm davam edir.
- Artıq mövsümün ilk yarısı başa çatıb. Komandanızın qış fasiləsinə qədərki çıxışını necə qiymətləndirirsiniz?
- Hər bir məşqçi istəyər ki, komandası yaxşı yerlərdən birini tutsun. Bu il də bizim məqsədimiz yüksək yerlərdən birini tutmaqdır. Bizim 13 xalımız var. Amma liderlərdən o qədər də geri qalmırıq. Yəni, çox fərq yoxdur. Bilirsiniz ki, 3 xallıq çempionat oyunlarında 2 qələbə səni yüksək sıralara qaldırır. Amma 13 xal toplamağımız bir az üzücüdür. Çünki elə oyunlar olub ki, qələbə qazanmalı idik. Lakin xallar itirmişik. Çalışmalıyıq ki, 3-cü dövrə başlayanda itirdiyimiz xalları oyunumuzla geri qaytaraq. Komandamıza, futbolçulara inamım böyükdür. Ona görə inanıram ki, itirdiyimiz xalları geri qaytara biləcəyik. Demirəm ki, biz bütün oyunlarda qalib gəlməli idik, yox, amma elə matçlarımız da olub ki, qələbə qazana bilərdik, lakin vacib xallar itirmişik.
- Xal qazanmağınıza nə mane olurdu? Hansı çatışmazlıqlar var idi komandada?
- Futbolda səhvlər olur. Bu, oyundur. Oyunda 3 variant var: qələbə, heç-heçə və məğlubiyyət. Həmin matçlarda da elə epizodlar olub ki, bizim səhvimiz olub, rəqib dəyərləndirib. Amma biz istifadə edə bilməmişik. Ona görə də komandamız cəmi 13 xal toplayıb. Amma mənə elə gəlir ki, bizim komanda 1-ci və 2-ci dövrə ərzində minimum 20 xal yığa bilərdi.
- Epizodlardan istifadə edə bilmirsinizsə, deməli, hücum xətti istənilən kimi çıxış etməyib.
- Düzdür, qol vurmamağımız mənfi təsir edirdi. Hücumçuların qol vura bilməməsi cəhətdən çətinlik çəkmişik. Bu da bizə baha başa gəlib. İmkanlardan istifadə edə bilməmişik.
- Yeni transfer gözlənilir?
- Daha yeni transferlər olmayacaq. Biz artıq transferlərimizi etdik.
- Nicat Qurbanovun keçidi həll olundu?
- Bəli, 1 illik müqavilə bağlanılıb. Nicat artıq bizimlə məşq edir.
- Kamerunlu hücumçu Anatole Abanqı transfer etdiniz. Necə futbolçudur? Hücumdakı boşluğu aradan qaldıra bilər?
- O, “Şerif”də də oynayıb. Yaxşı futbolçudur. Qol vurandır. Bizim istədiyimiz hücumçudur. İnanırıq ki, çempionatda da komandamıza köməyi dəyəcək.
- Komandadan ayrılanlar olmayacaq?
- Xeyr, komandadan heç kim getmir. Hamı yerində qalır.
- Yoldaşlıq oyunu üçün MOİK və “Neftçi” seçdiniz...
- MOİK-lə oynamırıq. Amma yanvarın 14-də “Neftçi” ilə matçımız olacaq.
- Özünüz divizion klubu ilə oynamaq istəmədiniz?
- Bəli. Məşqlərə üstünlük verdim. Neftçi” ilə 1 matç oynamaq daha məqsədəuyğundur.
- Rəqib tapmaq çətindir?
- Açığı, oynamaq istəyirdik. Bəzi klublar var ki, müraciət etdik, amma razı olmadılar. Ona görə də bir oyunla kifayətlənəcəyik.
- Fasilədən sonrakı planlarınız nədir? Hazırda 7-ci yerdə olan komandanız yüksək hədəf uğrunda mübarizə apara biləcək?
- Həmişə demişəm ki, komandamın çempion olmasını istəyirəm. Hər bir məşqçi istəyər ki, komandası çempionluğa oynasın və qalib gəlsin. O cümlədən də mən istəyərəm ki, komandam çempionluğa oynaya. Amma bu, nə qədər real olacaq, onu çempionatın sonunda görəcəyik. Bu dəqiqə bizim məqsədimiz odur ki, Avropa Liqasına vəsiqə qazanaq. Mən komandama inanıram və o gücdə olduğumuzu düşünürəm.
Ramiq AĞAMƏMMƏDOV
Bizi sosial şəbəkələrdə də izləyin:
http://instagram.com/qolaz
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi
Almaniyanın geridönüşü - Video
15 seyv etdi, matçın ən yaxşı oyunçusu seçildi
"İkinci Zubir olmaq istəyirəm" - Jali Muaddib
Almaniyadan möhtəşəm geridönüş
La Liqaya vəsiqə qazanan son komanda da bilindi
Niderland İsveçi bu qollarla darmadağın etdi - Video
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"