"Komanda son oyunlarda doğrudan da çox yaxşı təsir bağışladı. İnanmaq istəyirəm ki, qış fasiləsindən sonra da eyni qaydada davam edərik".
Qol.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin prezidenti Fariz Nəcəfov komandanın qış fasiləsinədək olan çıxışı barədə danışarkən deyib.
Funksionerin sözlərinə görə, müharibədə olarkən nadir hallarda komandası ilə maraqlana bilib: "Yalnız telefon işlədə bildiyim nadir hallarda xəbərləri oxuyub məlumat alırdım. İmkan olanda klubun baş meneceri Zaur Əzizovla əlaqə saxlayırdım. Amma ümumi ab-havadan xəbərim var idi. Bilirdim ki, uşaqlar yoxluğumu hiss etdirməməyə çalışırlar".
F.Nəcəfov nigeriyalı hücumçu Ceyms Adeniyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. O, belə bir futbolçunun komandada qalmasını istədiyini bildirib: "Özü də qalmaq istəyər. Sadəcə, büdcəmiz buna imkan vermir. Bəzi komandalardan təkliflər var. Müzakirələr davam edir. Futbolçunun özü də həmin klublardan birinə getməyi istəməlidir. Hələ ki, gözləyirik".
Klub prezidenti Adeniyi üçün gələn təkliflərin ölkə xaricindən olduğunu söyləyib: "Eşitdiyimizə görə, yerli klublardan da maraqlananlar var. Amma rəsmi təklif yoxdur".
Nəcəfov qış fasiləsində ən azı bir yeni transfer etmək istədiklərini vurğulayıb: "Baş məşqçi ilə danışmışıq. Bilirsiniz ki, Rodriqo Qattas da komandanı tərk edib. Adeniyinin gedişindən sonra mütləq şəkildə bir futbolçu götürmək ehtiyacı yaranacaq. Hücumameylli futbolçu axtarırıq".
O, mövsümün əvvəlində "Qəbələ"nin qarşısına qoyulan məqsədin dəyişməz olaraq qaldığını deyib: "Maksimum nəyə gücümüz çatırsa, onu da etməyə çalışacağıq. Yaxşı oyun göstərmək, akademiyadan istedadlı futbolçuları üzə çıxarmaq istəyirik. Avrokuboklara vəsiqə qazanmaq şansımız varsa, bundan istifadə etməyə çalışacağıq".
Nəcəfov komanda avrokuboklara vəsiqə qazanacağı təqdirdə mümkün büdcə artımının olub-olmayacağı ilə bağlı suala isə bu cür cavab verib: "Bu barədə heç nə deyə bilmərəm. Gərək, nəsə olsun ki, ətraflı danışaq. Hazırda heç bir təklif yoxdur". (Report)
Bizi sosial şəbəkələrdə də izləyin:
http://instagram.com/qolaz
https://www.facebook.com/QolAz-195302414790
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi
Almaniyanın geridönüşü - Video
15 seyv etdi, matçın ən yaxşı oyunçusu seçildi
"İkinci Zubir olmaq istəyirəm" - Jali Muaddib
Almaniyadan möhtəşəm geridönüş
La Liqaya vəsiqə qazanan son komanda da bilindi
Niderland İsveçi bu qollarla darmadağın etdi - Video
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"