Bu gün Avropada böyük futbol bayramı hesab olunan Çempionlar Liqasının (ÇL) qrup mərhələsinə start veriləcək. Qol.Az-ın məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində 32 ən güclü komanda final mərhələsinə vəsiqə uğrunda mübarizəyə başlayacaq.
Ənənəyə uyğun olaraq, iki gündə - çərşənbə axşamı və cümə günləri oynanılacaq ÇL-in qrup mərhələsinin ilk turunun birinci oyun günündə A, B, C və D qruplarının matçları keçiriləcək. Ən nüfuzlu klub turnirinin son qalibi “İnter” yeni mövsümə Hollandiyada – həmyerlimiz Vaqif Cavadovu yaxınlarda “Bakı”ya icarəyə verən “Tvente”ylə oyunda start verəcək. Bu qrup çərçivəsində keçiriləcək “Verder” – “Tottenhem” görüşü isə ilk oyun gününün ən maraqlı qarşılaşmalarından biri hesab olunur.
B qrupunda Lion “Olimpik”iylə “Şalke-04”-ün duelinə mərkəzi oyun gözüylə baxılırsa, C qrupunda yer alan iki Britaniya klubu – “Mançester Yunayted”lə “Reyncers” arasındakı derbi daha böyük maraqla gözlənilir. Azərbaycanlı futbolsevərlərin əsas diqqəti isə bu qrupun digər oyununa yönələcək. Axı qardaş ölkə Türkiyənin bu turnirdəki yeganə təmsilçisi “Bursaspor” da doğma meydanda “Valensiya”nı qəbul edəcək. İlk dəfə qitənin ən nüfuzlu klub turnirində iştirak hüququ qazanan Superliqanın son qalibinin belə çətin qrupdakı taleyi ilk oyundan çox asılıdır. İlk oyun gününün daha iki oyunu D qrupunda keçiriləcək ki, “Barselona” “Panatinaikos”u, “Kopenhagen” isə qonşu Rusiya təmsilçilərindən “Rubin”i qəbul edəcək.
İkinci oyun günün ən çox maraqla gözlənilən oyunu isə E qrupunda “Bavariya” ilə “Roma” arasında baş tutacaq. Münhen təmsilçisi ötən mövsümün finalçısıdır. Həlledici oyunda “İnter”ə 2 cavabsız qolla yenilib, titul qazanmaq şansını əldən verən münhenlilər A Seriyasında işləri elə də yaxşı getməyən “Roma”nı qəbul edəcəklər. F qrupunda Marsel “Olimpik”inin Moskva “Spartak”ıyla mübarizəsi qədər, “Çelsi”nin “Jilina”yla səfər qarşılaşması da az maraq doğurmur. Ölüm qrupu adlandırılan qrup çərçivəsində “Real” “Ayaks”la, “Milan” isə “Oser”lə münasibətlərinə aydınlıq gətirəcək.
Çempionlar Liqası, qrup mərhələsi
1-ci tur
14 sentyabr
A qrupu
23:45. “Tvente” (Hollandiya) – “İnter” (İtaliya)
23:45. “Verder” (Almaniya) – “Tottenhem” (İngiltərə)
B qrupu
23:45. “Olimpik” (Fransa, Lion) – “Şalke-04” (Almaniya)
23:45. “Benfika” (Portuqaliya) – “Hapoel” (Təl-Əviv, İsrail)
C qrupu
23:45. “Mançester Yunayted” (İngiltərə) – “Reyncers” (Şotlandiya)
23:45. “Bursaspor” (Türkiyə) – “Valensiya” (İspaniya)
D qrupu
23:45. “Barselona” (İspaniya) – “Panatinaikos” (Yunanıstan)
23:45. “Kopenhagen” (Danimarka) – “Rubin” (Rusiya)
15 sentyabr
E qrupu
23:45. “Bavariya” (Almaniya) – “Roma” (İtaliya)
23:45. ÇFR (Rumıniya) – “Bazel” (İsveçrə)
F qrupu
23:45. “Olimpik” (Fransa, Marsel) – “Spartak” (Moskva, Rusiya)
23:45. “Jilina” (Slovakiya) – “Çelsi” (İngiltərə)
G qrupu
23:45. “Real” (İspaniya) – “Ayaks” (Hollandiya)
23:45. “Milan” (İtaliya) – “Oser” (Fransa)
H qrupu
23:45. “Arsenal” (İngiltərə) – “Braqa” (Portuqaliya)
23:45. “Şaxtyor” (Ukrayna) – “Partizan” (Serbiya)
"Yuventus" baş məşqçi ilə bağlı qərarını verdi
"Avrokubok üçün əlimizdən gələni edəcəyik" - Rəşad Sadıqov
"Tam özümüzə gəlməmişik" - Qurban Qurbanov
"Qarabağ"ın vacib qələbəsindən - Video
Qavi geri dönür
Qırmızı vərəqələr, ləğv edilən qollar, hərəyə 1 xal
"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi
"Fənərbaxça" futbolçuları təhdid edilir
"Qalatasaray"lı Osimhen "Real"a gedir?
"İnter" qələbəni son anda əldən verdi
"Tottenhem"də ciddi itkilər var
Futbolçular meydandan təxliyə olundu
"Onlar öz güclü tərəflərini bizə göstəriblər"
"Sabah"ın böyükhesablı qələbəsindən - Video
“Araz-Naxçıvan” da ev oyunlarını Sumqayıtda keçirəcək
"Bizi dəstəkləmələri çox vacibdir" - "Sabah"ın futbolçusu
"Zirə" - "Qarabağ": Heyətlər
"Səhvlərimizdən maksimum yararlandılar" - Jorj Kaşkilya
Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - Video
Ülviyyə Fətəliyeva beynəlxalq turnirin qalibi oldu
Neymar: "Aman Tanrım, özüm olmaq necə də çətindir"
Azərbaycanda federasiyalar birləşdirildi
"FİFA DÇ-2026-ya ev sahibliyini ABŞ-dan almalıdır"
"İmişli" - "Sabah": Heyətlər
Azərbaycanın millisi Çempionlar Kubokunun yarımfinalında
Arbeloa: "Tənqidlər məni narahat etmir"
"Liverpul" "Real"ın iki futbolçusunu transfer edə bilər
"Atletiko"da itki
"Sona qədər avrokuboklar uğrunda mübarizə aparacağıq"
Ayxan Abbasov klub rəhbərlərini belə tənqid etdi - Video
“İndiki boksçuları heç kim tanımır” - Mayk Tayson
Messi, yoxsa Ronaldo? - Hazard seçdi
“Qarabağ”dan ayrılan Krisdən açıqlama
Nəriman yeni klubunun stadionunu ziyarət etdi - Video
Renat oynadı, komandası qalib gəldi
“Fənərbaxça”nın mövsümdəki ilk məğlubiyyəti - Video