Dünən yeni klubu “Bakı”nın tərkibində ilk oyununa çıxan millimizin hücumçusu Vaqif Cavadov Qol.Az saytının suallarını cavanlandırıb
- “Tvente”nin əsas heyətində möhkəmlənə bilmədin və orada debüt etmədən yenidən Azərbaycana qayıtdın. Bu, sənə psixoloji cəhətdən mənfi təsir edib?
- Əlbəttə, Hollandiyada oynamaq daha yaxşı olardı. Lakin alınmadı. Deməli, qismət belə imiş. Artıq gələcəyə baxmaq lazımdır. İnşallah, bir ildən sonra Hollandiya çempionatında debüt etmək mənə nəsib olar.
- Hollandiyadan qayıtdıqdan sonra Azərbaycan Premyer Liqasında ilk oyununa çıxdın. Təəssüratlarını bilmək maraqlı olardı.
- Yenidən Azərbaycana qayıtmağım mənə xoş təsir bağışladı. Çünki bura mənim vətənimdir. Doğma azarkeşlərin qarşısında futbol oynamaq insana ayrı bir zövq verir. İnanıram ki, yeni komandama uyğunlaşmaq üçün mənə çox vaxt lazım olmayacaq.
- “Bakı”da debütün heç də uğurlu olmadı. Komandan iki xal itirdi.
- Meydana yalnız qələbə üçün çıxmışdıq. Lakin alınmadı. Bu, futboldur. Burada hər şey ola bilər. Debüt oyunun uğurlu alınması vacib şərt deyil. Əsas odur ki, mövsümün sonunda komanda hər hansı bir mükafata yiyələnsin. Artıq biz bu oyunu unudub qarşıdakı matçları fikirləşməliyik.
- Sən həmişə deyirdin ki, Azərbaycana qayıtsan, yalnız “Qarabağ”da oynayacaqsan. Lakin hamını təəccübləndirərək “Bakı” ilə müqavilə imzaladın.
- Futbolçu həyatında bəzən belə şeylər də olur. “Qarabağ” mənim uşaqlıqdan azarkeşlik etdiyim klub olub. Hər zaman bu klubun uğurlarına sevinmiş, kədərinə isə üzülmüşəm. Burada bəzi amillər məni “Bakı”nı seçməyə vadar etdi. Məni transfer etmək üçün “Bakı” klubunun rəhbərliyi də əlindən gələni etdi. Onlar mənimlə daha çox maraqlandılar. Ona görə də bu klubu seçməli oldum. Bununla belə, mən “Qarabağ”ı heç vaxt yaddaşımdan silməyəcəyəm.
- Millinin baş məşqçisi Berti Foqts sənin fiziki hazırlığından narazıdır. Buna münasibətin necədir?
- Əgər fiziki hazırlığım qaydasında olmasaydı, Almaniyada 90 dəqiqə oynaya bilməzdim. Düşünürəm ki, mən hazırda əvvəlki formada olmasam da, lap aşağı səviyyədə də deyiləm. Bunu öz oyunumla sübut etmişəm.
- Almaniyadakı acı məğlubiyyət haqqında nə deyə bilərsən?
- İstəməzdik ki, belə böyük hesabla məğlub olaq. Lakin bu futboldur. Bildiyiniz kimi, almanlar dünya üçüncüsü olan bir komandadır. Onların mundialdakı oyunu hamıya bəllidir. Ona görə də almanlara müqavimət göstərmək heç də asan deyil. İnanıram ki, Bakıda onlara qarşı daha əzmkar oynayacağıq.
- Almaniya millisinin müdafiəçisi Per Mertazaker oyunda zədələndikdən sonra cəzasız qaldığın üçün səni və hakimi məhkəməyə verəcəyini bildirib. Səncə, bu, nə dərəcədə doğru olacaq?
- İstənilən futbolçu zədələnə bilər. Lakin hər kəs bilir ki, mən Mertezakeri qəsdən zədələmədim. Sırf oyun epizodu idi. Əgər buna görə hakim məni cəzalandırmırsa, bu, artıq onun problemidir. Məni qınamağın heç bir anlamı yoxdur.
- Azərbaycan millisinin Almaniyaya vurduğu yeganə qolu sənin ayağına yazdılar. Bəs, səncə, bu qolu kim vurmuşdu?
- Əgər top Rail Məlikova dəymişdisə, onun da adına yazılmalı idi. Yox, əgər top qapıçıya dəyibsə, o zaman qol elə mənim adıma yazılmalıdır. Bununla belə, qolun kim tərəfindən vurulması vacib deyil. Əsas odur ki, millimiz ilk oyununda qol vura bildi. İnşallah, qarşıdakı oyunlarda vuracağımız qollar qələbə qolları olar.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi