"Rəşad Sadıqovu təbrik edirəm. Maraqlı komandası var. Hər rəqibə qarşı fərqli oynayır. Onun idman prinsipləri futbolçu kimi necədirsə, məşqçi kimi də elədir".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 13-cü turunda bu gün "Zirə"yə qalib gəldikləri oyundan (3:2) sonra mətbuat konfransında deyib.
Rəqib komandanın çalışdırıcısı Rəşad Sadıqov haqda müsbət fikirlər səsləndirən Qurbanov qarşılaşmadan həzz aldığını bildirib:
"Rəşad Sadıqov hər zaman oyunçu olanda cavanları məşqdə özü üçün seçirdi. Bu gün futbolçular əziyyət çəkdilər. Rəşad məşqçi olandan sonra çempionatda aqressiya çoxalıb. Onun futbolçu kimi böyük faydası olub, düşünürəm ki, məşqçi kimi də elə olacaq. Öz futbolçularımı da təbrik edirəm. Bizim üçün də əsəbi oyun idi. Zubir kimi oyunçu sarı vərəqə aldı. Tələbim o idi ki, hamı səbrli olsun. Oyunun gedişatında nəticəni düşünmürdüm, qarşılaşmadan həzz alırdım. Mübarizə, sürətli hücum, maraqlı oyun alındı. Bəlkə də ədalətli nəticə heç-heçə idi. Bu matç hamı üçün böyük təcrübə olacaq. Futbolçular da istirahətə yollanacaq. Ümid edirəm ki, pandemiya bitsin, belə oyunlarda azarkeşlər olsun. Bütün komandalardakı baş məşqçilər rəqabəti sevirlər. Hər birinə uğurlar arzulayıram"
Q.Qurbanov bu görüşdə "Zirə"nin məğlub olmasına baxmayaraq, yaxşı oyun nümayiş etdirdiyini qeyd edib. O, hətta rəqibin 4:0 hesabı ilə qələbə qazanmasının mümkünlüyünü bildirib: "Uduzan komanda irəli atılanda boşluqlar olur. İnam isə həmişə var. Daim qələbəyə ümid olur. 2:0-dan oyunu çevirmək asan deyil. Qırmızı vərəqə də oyuna təsir etdi".
Baş məşqçi komandada qış fasiləsində edilməli olan dəyişikliklər haqda deyib: "Kiminsə gedəcəyi inandırıcı görünmür. Gələnlər isə sual altındadır, futbolçu tapmaq asan deyil. Axtarışdayıq, amma hələ ki, heç nə yoxdur".
48 yaşlı mütəxəssis bu mövsüm komandalar arasında güclü rəqabət olduğunu vurğulayıb: "Dekabra kimi bizim üçün heç də asan keçmir. 3 gündən bir oyunlarımız olub və böyük hesabla qalib gəlmişik. Zədəli oyunçuların olması məni narahat edirdi. Çempion olmaq heç vaxt asan olmayıb. Bəlkə də bu mövsüm son turda qalib bilinəcək. Pandemiyaya görə dünya futbolunda da böyük dəyişikliklər var. Böyük klublar da istədiyi oyunu göstərə bilmir. Futbolçu xəstələnir və formasından uzaq qalır".
Q.Qurbanov koronavirusa yoluxması haqqında da danışıb: "Mənim üçün çətin keçmədi, eşitdiyiniz simptomlar məndə də var idi. Bir gün iy bilmədim. Ciddi müalicə olundum. Siz də özünüzü qoruyun, həqiqətən ciddi xəstəlikdir. Özüm də çox ciddiyə almırdım. Xəstəlik gələndən sonra ürəkli oğlan ehtiyatlanırdı (gülür). Ağdama getməyi çox istəyirdim. Futbolçular istirahət etmədi, İstanbuldan gələndən sonra Ağdama getdilər. Mən də getməyi çox istəyirdim. Amma test müsbət oldu. Mən indi də çox getmək istəyirəm. İşğaldan azad olunmuş əraziləri hamımız çox görmək istəyirik. İmkanım olan kimi Şuşaya da gedəcəyəm".
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı