"Məqsədimiz yuxarı pillələrə qalxmaqdır" - "Səbail"in məşqçisi

"Məqsədimiz yuxarı pillələrə qalxmaqdır" -  "Səbail"in məşqçisi
ÖLKƏ FUTBOLU 20 Dekabr 2020 / 20:40 1597
-  A +

“Birinci hissədə bir neçə imkanımız oldu. Nəticədə iki qol vurduq. İkinci hissəyə yaxşı başlamadıq. Fasilədən sonra vəziyyət dəyişdi. Qonaqlar daha çox hücum etdilər. Biz isə əks-hücumlara bel bağlamışdıq. 3 epizodumuz olsa da, yararlana bilmədik. Düşünürəm ki, 2:0 bizim üçün normal nəticədir".

Qol.az xəbər verir ki, bu sözləri "Səbail"in məşqçisi Emin Ağayev Azərbaycan Premyer Liqasının 12-ci turunda "Keşlə"yə qalib gəldikləri oyundan (2:0) sonra mətbuat konfransında deyib.

O, hazırda avrokuboklarla bağlı düşünmədiklərini bildirib: "Yuxarı pillələrə qalxmaq istəyirik. Hazırda əsas məqsədimiz budur. Bundan sonra digər məsələlər barədə fikirləşmək olar".
 

Daha çox


Son xəbərlər
topaz banner