"Zirə" braziliyalı hücumçu ilə müqaviləni pozdu - Rəsmi

"Zirə" braziliyalı hücumçu ilə müqaviləni pozdu - Rəsmi
ÖLKƏ FUTBOLU 16 Dekabr 2020 / 15:42 1729
-  A +

"Zirə" futbolçusu Kaio Rangel da Silva ilə yollarını ayırıb.
 
Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, 24 yaşlı futbolçu bu ilin avqustundan "Zirə"də çıxış edirdi. O, Premyer Liqada cəmi 3 oyunda iştirak edib. Rangel Silvanın "Zirə" ilə 2021-ci ilin yayına qədər müqaviləsi var idi.

Daha çox


Son xəbərlər
topaz banner