2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində sentyabrın 7-də Belçika yığması üzərində qazandığı 3:2 hesablı qələbədən sonra Türkiyə milli komandasının iki aparıcı futbolçusunun sağlıq durumuna aydınlıq gəlib. Qol.Az-ın məlumatına görə, “Qalatasaray” klubunda çıxış edən kapitan Arda Turanla sol cinah müdafiəçisi Hakan Baltanın zədələrinin ciddi olduğu açıqlanıb.
“Cim-Bom”un rəsmi saytı bildirir ki, Ardanın oyun vaxtı ayağından aldığı zərbə nəticəsində üç bağında zədələnmə aşkarlanıb. Bu zədələrdən ikisi ciddidir. Belçika ilə matç öncəsi sağ dizindən xəsarət alan Hakanın isə əzələlərinin müəyyən hissəsinin qırıldığı müəyyənləşib. Hər iki futbolçu ən azı 2 həftə müddətinə yaşıl meydançalardan kənarda qalacaq.
Qeyd edək ki, Türkiyə millisi növbəti seçmə oyunlarını oktyabrın 8-də səfərdə Almaniya, bundan 4 gün sonra isə Bakıda Azərbaycan yığmasına qarşı keçirəcək. Həmin oyunlaradək bir ay vaxt qalsa da, Arda Turan və Hakan Baltanın komandamızla görüşü buraxacaqları istisna olunmur. Hər şeyə futbolçuların müalicə prosesinin gedişində aydınlıq gələcək.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi