Messi bunu da bacardı

Messi bunu da bacardı
DÜNYA FUTBOLU 18 Noyabr 2020 / 15:15 4714
-  A +

Argentina millisinin kapitanı Lionel Messi daha bir rekorda imza atıb.

Qol.az xəbər verir ki, 33 yaşlı hücumçu yığmanın heyətində ən çox qələbə qazanan futbolçu adına yiyələnib.

O, DÇ-2022-nin seçmə mərhələsinin Cənubi Amerika zonası üzrə 4-cü turunda səfərdə Peruya qalib gəldikləri görüşdə (2:0) rekorda nail olub. Bu, Messinin 142 görüşdə 85-ci qələbəsidir.  O, 147 qarşılaşmada 84 dəfə qələbəyə sevinən sabiq komanda yoldaşı Xavyer Maskeranonun rekordunu yeniləyib. Millinin keçmiş kapitanı Xavyer Zanetti (142 oyunda 80 qələbə) bu göstəricidə 3-cüdür.

Son xəbərlər