Balotelli İngiltərədə oynamaqdan imtina etdi

Balotelli İngiltərədə oynamaqdan imtina etdi
DÜNYA FUTBOLU 18 Noyabr 2020 / 14:52 2012
-  A +

İtaliyal millisinin sabiq üzvü Mario Balotelli İngiltərə klubunun təklifini rədd edib.

Qol.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. 30 yaşlı futbolçunun “Barnsli” klubundan təklif aldığı bildirilib.

Balotelli, Çempionşipdə oynamaq istəmədiyi üçün “Barnsli”nin təklifini qəbul etməyib. Tərəflər arasında ilkin danışıqlar yaxşı getsə də, daha sonra italyan hücumçu fikrindən daşınıb.

Qeyd edək ki, hazırda klubsuz olan Mario Balotelli İtaliyanın D Seriyası təmsilçisi “Françakorta”da məşq edir.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord