Millətlər Liqasının daha bir oyunu ləğv edildi

Millətlər Liqasının daha bir oyunu ləğv edildi
DÜNYA FUTBOLU 17 Noyabr 2020 / 19:30 2627
-  A +

Millətlər Liqasında daha bir oyun ləğv edilib.

Qol.az xəbər verir ki, 6-cı turun bu günə nəzərdə tutulan İsveçrə - Ukrayna matçı baş tutmayacaq.

Ukrayna Futbol Assosiasiyası görüşün ləğvinə koronavirus pandemiyasının səbəb olduğunu açıqlayıb. Ukrayna millisinin 6 futbolçusunda yoluxma qeydə alınıb.

Qarşılaşmanın taleyi ilə bağlı qərarı UEFA verəcək.

Qeyd edək ki, iki gün öncə Rumıniya –Norveç matçı da eyni səbəbdən ləğv olunub.

 

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner