“Qalatasaray”ın futbolçusu millidə koronavirusa yoluxdu

“Qalatasaray”ın futbolçusu millidə koronavirusa yoluxdu
DÜNYA FUTBOLU 16 Noyabr 2020 / 15:45 847
-  A +

"Qalatasaray”ın futbolçusu Ryan Babel koronavirusa yoluxub.

Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əvvəlki üç testi neqativ nəticələnən niderlandlı futbolçunun 4-cü test nəticəsi pozitiv olub.

Millinin düşərgəsində olan futbolçu özünü yaxşı hiss etmədiyini bildirdikdən sonra komandadan uzaqlaşdırılıb və daha sonra onda koronavirus aşkarlanıb. Onun millinin Polşa ilə oyununda meydana çıxmayacağı dəqiqləşib.


Son xəbərlər