Daha bir yığmanın baş məşqçisi koronavirusa yoluxdu

Daha bir yığmanın baş məşqçisi koronavirusa yoluxdu
DÜNYA FUTBOLU 12 Noyabr 2020 / 00:40 733
-  A +

İsveç yığmasının baş məşqçisi Yanne Anderssonda koronavirusa aşkarlanıb.
 
Qol.az xəbər verir ki, bu barədə İsveç Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
 
58 yaşlı mütəxəssis ötən həftənin sonundan karantindədir. Buna görə də o, Danimarka yığmasına qarşı keçirdikləri yoxlama oyununda da komandasına rəhbərlik edə bilməyib.
 
Qeyd edək ki, Andersson 2016-cı ildən İsveç yığmasını çalışdırır.
 
Yanne Anderssondan öncə Macarıstan yığmasının baş məşqçisi Marko Rossidə də koronavirus aşkarlandığı açıqlanmışdı.

Son xəbərlər
30.04.24  09:27

"Lester" çempion oldu