Melonun ayağı qırıldı

Melonun ayağı qırıldı
DÜNYA FUTBOLU 9 Noyabr 2020 / 18:50 1854
-  A +

Braziliyanın millisinin və "Qalatasaray"ın sabiq futbolçusu Felipe Melonun ayaq biləyi sınıb.

Qol.az xəbər verir ki, hazırda “Palmeyras”da çıxış edən 37 yaşlı yarımmüdafiəçinin Braziliya çempionatında “Vasko da Qama”ya qarşı keçirdikləri oyunun (1:0) 80-ci dəqiqəsində rəqibi ilə top uğrunda mübarizədə xəsarət alıb. Meydanı xərəkdə tərk edən Melo dərhal xəstəxanaya aparılıb.

Qeyd edək ki, karyerası ərzində İspaniyada “Rasinq”, “Malyorka”, “Almeriya”, İtaliyada “Yuventus”, “İnter”, Türkiyədə “Qalatasaray” kimi klublarda çıxış edən Melo, 2017-ci ilin yayından “Palmeyras"da oynayır.

 


Son xəbərlər
30.04.24  09:27

"Lester" çempion oldu