"Atletiko" 4, "Vilyarreal" 3 qolla qalib gəldi

"Atletiko" 4, "Vilyarreal" 3 qolla qalib gəldi
DÜNYA FUTBOLU 8 Noyabr 2020 / 21:50 2339
-  A +

İspaniya La Liqasında 9-cu turun oyunları davam edir.

Qol.az xəbər verir ki, bu gün daha üç görüş keçirilib. "Atletiko" öz meydanında "Kadiz"ə 4 cavabsız qolla qalib gəlib.

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Vilyarreal" səfərdə "Xetafe"ni məğlub edib - 3:1. 

Günün digər oyununda isə "Real Sosyedad" evdə "Qranada"nı üstələyib - 2:0.


"Atletiko" - "Kadiz" - 4:0
Qollar:
Feliks, 8, Lyorente, 22, Suares, 51, Feliks, 90


"Xetafe" - "Vilyarreal" - 1:3
Qollar
: Alkaser, 11 (0:1), Arambarri, 16 (1:1), Triqueros, 17 (1:2), Moreno, 62 (1:3) 

"Real Sosyedad" - "Qranada" - 2:0
Qollar:
Monreal, 22, Oyarzabal, 27-pen.

Qeyd edək ki, bu nəticələrdən sonra "Real Sosyedad" 20 xalla ilk pillədə qərarlaşıb. "Vilyarreal" 18 xalla 2-ci, "Atletiko" 17 xalla 3-cü, "Real" 16 xalla 4-cüdür.

Son xəbərlər
30.04.24  09:27

"Lester" çempion oldu