"Yuventus"dan heç-heçə

"Yuventus"dan heç-heçə
DÜNYA FUTBOLU 8 Noyabr 2020 / 17:25 2344
-  A +

“Yuventus” A Seriyasında növbəti oyununu keçirib.

Qol.az xəbər verir ki, Turin klubu səfərdə “Latsio” ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Matçda hesabı 15-ci dəqiqədə Kriştiano Ronaldo açıb. Bərabərlik qolunu isə 90+5-ci dəqiqədə Felipe Kaisedo vurub.

Qeyd edək ki, “Yuventus” turnir cədvəlində 13 xalla 3-cüdür. "Latsio" isə 11 xalla 9-cu pillədə qərarlaşıb.  

 


Dünya Çempionatı 2026
Son xəbərlər
12.06.26  23:08

Andre Silva "Portu"da

topaz banner